Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Destinasiyalar / Azərbaycanlı alpinist Everesti fəth etdi

Azərbaycanlı alpinist Everesti fəth etdi

Azərbaycanlı alpinist Vadim Vokryaçko 24 mayda planetin ən yüksək nöqtəsi – Everesti (dəniz səviyyəsindən 8848 metr hündürlük) fəth edib və indi evinə qayıdır. Bu gün axşam onun Bakıya çatması gözlənilir.

Bu barədə Oxu.Az-a Vadim Vokryaçko bildirib.

Alpinistin fəaliyyətini izləyirik və onun əvvəlki fəthləri barədə yazmışdıq.

Everestə olan rəsmi ekspedisiya 15 apreldə Tibetin paytaxtı Lhasa şəhərində başlayıb. Altı ölkədən və on şəhərdən olan iştirakçılar ekpedisiyada iştirak ediblər. Everestə qalxmaq təhlükəli sayılır. Bu dağda yüzlərlə alpinist ölüb, buna görə zirvəni həm də “ölüm dağı” adlandırırlar.

“Himalayan Times” qəzeti yazır ki, yaz mövsümündə Everestdə ölən alpinistlərin sayı 10-a çatıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir