Adətən, təzə açılmış restoranlarda təamlar çox dadlı və xidmət çox yüksək olur. Lakin, bir neçə aydan sonra həm yeməklərin dadı, həm də xidmət səviyyəsi dəyişir. Lakin, bəzi istisna restoranlar da vardır ki, əsrlər boyu öz yeməklərinin dadını və xidmət səviyyələrini qoruyub saxlayaraq hələ də fəaliyyət göstərirlər.
Bugün sizə məhz bu restoran və tavernalardan bəhs edəcəm hansılar ki, xüsusi reseptləri ilə öz qonaqlarını yüzillər boyunca sevindirirlər.
Kiotoda yerləşən Honke Owariya adlı restoran 1465-ci ildən fəaliyyət göstərir və şəhərin əsas gəzməli yerinə çevrilərək gün ərzində yüzlərlə turisti özünə cəlb edir.
Restoran özünün xüsusi reseptlə hazırladığı “soba” şorbası ilə məşhurdur.
Zum Franziskaner adlı restoran 1421-ci ildə Stokholmda açılmışdır.
Restoran St. Peter Stiftskeller 803-cü ildə Salzburg şəhərində əsası qoyulmuşdur.
Sənədlə təsdiqlənmişdir ki, bu məkan Avropanın ən qədim restoranıdır. Məşhur şair, ilahiyyatçı və alim Alcuinini şərəfinə 803-cü ildə tikilmişdir. O vaxtdan bəri restoran bir çox məşhurlara, kral ailələrinin üzvlərinə, eləcə də rəssam və yazarlara xidmət göstərib.
Tavares Rico 1784-cü ildə Lissabonda fəaliyyətə başlamışdır.
Krallara məxsus bu restoran eleqant interyeri ilə artıq 200 ildən çoxdur ki, öz qonaqlarına ən dadlı yeməkləri və içkiləri təqdim edir.