Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Xəbərlər / AZAL Pilotların Hazırlığı Mərkəzinin imkanlarını genişləndirəcək- FOTO

AZAL Pilotların Hazırlığı Mərkəzinin imkanlarını genişləndirəcək- FOTO

“Azərbaycan Hava Yolları” “FlightSafety International” şirkətindən “Embraer E-190” tipli təyyarə üçün son nəsil aviasiya trenajoru əldə edir.
⠀⠀
Trenajor “Azərbaycan Hava Yolları” yanında Milli Aviasiya Akademiyasının Pilotların Hazırlığı Mərkəzində quraşdırılacaq.
⠀⠀
Müvafiq sazişi dekabrın 16-da Bakıda Azərbaycan tərəfdən AZAL prezidenti Cahangir Əsgərov və Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev, “FlightSafety International” tərəfdən isə aviasiya trenajorları xidmətləri üzrə icraçı direktor Con Van Maren və satış üzrə direktor Filipp Delfur imzalamışdırlar.
⠀⠀
Müqavilənin ümumi dəyəri 11,5 milyon ABŞ dolları təşkil edir.
⠀⠀
“FS1000 Embraer E190-E1 Level D Full Flight Simulator” yeni trenajor kompleksi
“Buta Airways” aviaşirkətinin pilotlarının tam təlim və sertifikatlaşdırılması üçün imkan yaradacaq. Sözügedən trenajorun alınması ilə bağlı ilkin razılıq bu ilin noyabr ayında “Dubai Air Show – 2019” sərgisi çərçivəsində əldə edilmişdir.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir