Cümə , Noyabr 22 2024
azenru
Home / Nəqliyyat / Azərbaycanda ilk ödənişli yol istifadəyə veriləcək – TARİX

Azərbaycanda ilk ödənişli yol istifadəyə veriləcək – TARİX

Bu il ərzində respublika əhəmiyyətli 36, Bakı şəhərinin isə 12 rayon və qəsəbə yolunun abadlaşdırılmasına sərmayə qoyulub.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov bildirib.

O qeyd edib ki, ən böyük layihələrdən biri Gəncədən Gürcüstan sərhədinə qədər olan avtomobil yolunun ikinci texniki dərəcədən birinci texniki dərəcəyə keçirilməsidir:

“Bununla 4 hərəkət zolağına keçirilməsi layihəsinin bəzi lotlarda yekunlaşdırılmasını planlaşdırırıq. Həmçinin bu ilin sonuna Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Xaldan qəsəbəsindən ayrılaraq, Gürcüstan sərhədinə qədər Xaldan-Şəki-Mazımçay gömrük məntəqəsinədək olan avtomobil yolunun Xaldan-Şəki hissəsinin 54 kilometrinin çəkilib başa çatdırılması nəzərdə tutulub. Bundan əlavə, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 68 kilometrlik hissəsinin ilin sonunadək çəkilməsi planlaşdırılır”.

O qeyd edib ki, bu ilin sonunadək Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrindən paralel salınan (Zeynalabdin Tağıyev qəsəbəsindən 208-ci kilometrədək) yeni yolun 100 kilometrlik hissəsinin tikintisini başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur:

S. Məmmədov əlavə edib ki, alternativ yol tam istifadəyə verildikdən sonra Bakı-Quba yolunun beton hissəsinin bərpası təmin ediləcək.

“İlbəil Bakı-Quba yolunun beton hissəsinin sıradan çıxmış sahələrini təmir edirik. Yəqin ki, alternativ yol tam istifadəyə verildikdən sonra beton yolun yenidən bərpası təmin ediləcək”.

Trend

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir