Cümə , Noyabr 22 2024
azenru
Home / Xəbərlər / Turizm bələdçiləri dövlət tərəfindən maliyyə yardımı ala biləcəklər

Turizm bələdçiləri dövlət tərəfindən maliyyə yardımı ala biləcəklər

Azərbaycanda VÖEN-lə qeydiyyatda olan turizm bələdçiləri dövlət tərəfindən birbaşa maliyyə yardımı ala biləcəklər.

Bunu Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov deyib.

Onun sözlərinə görə, bələdçilərin müəyyən hissəsi VÖEN qeydiyyatındadır:

“Ancaq VÖEN qeydiyyatında olmayan bələdçilər də var və onların məsələsi bir qədər problemlidir. Dövlət Turizm Agentliyi Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası ilə birlikdə bu kateqoriyadan olan bələdçilərin də sosial vəziyyətinin yaxşılaşdırılması üçün sənəd hazırlamaq istəyir. Bunun mexanizmi hazırlanır”.

M.Muradov əlavə ki, koronavirus pandemiyasından zərər çəkən sahibkar 2019-cu ildə dövlətə ödədiyi vergi qədər maliyyə yardımı alacaq. Dövlətin maliyyə yardımı maksimal 5000 manat olacaq.

Xatırladaq ki, koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin göstərilməsi nəzərdə tutulur.

Yerləşdirmə (hotel), səyahət agentliyi və tur-operator faəliyyəti üzrə məşğul olan sahibkarlara dəstək paketinə əsasən, Dövlət Vergi Xidmətində 79900 iqtisadi fəaliyyət növü üzrə (bələdçi fəaliyyəti Dövlət Vergi Xidmətində “Turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və bununla əlaqədar fəaliyyət” adlı 79900 iqtisadi fəaliyyət növünün kodu üzrə təsnifləşdırılıb) qeydiyyatdan keçən, habelə 2019-cu ildə vergi və sosial sığorta ödəmələrini həyata keçirən bələdçilər sözügedən proqramdan faydalana, başqa sözlə dövlətdən birbaşa maliyyə yardımı əldə edə bilərlər.

Hazırda ölkənin turizm sənayesində 600-ə yaxın turizm bələdçisi fəaliyyət göstərir. Həmin bələdçilərin 300-ə yaxını ATBA-nın məlumat bazasında qeydiyyatdan keçib.

Trend

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir