Cümə , Noyabr 22 2024
azenru
Home / Nəqliyyat / Daxili uçuşlardan istifadə edəcək sərnişinlər üçün yeni elektron xidmət istifadəyə verildi

Daxili uçuşlardan istifadə edəcək sərnişinlər üçün yeni elektron xidmət istifadəyə verildi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sərnişinlərin COVID-19 testini verməsi üçün elektron xidmət istifadəyə verib.

Agentlikdən verilən məlumata görə, iyunun 18-dən ölkə ərazisində daxili uçuşların – Naxçıvan Muxtar Respublikasına bərpa edilməsi nəzərdə tutulur. Ölkə ərazisində koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin daxili reyslərindən istifadə edən sərnişinlərdən COVID-19 testinin verilməsi tələb olunur.

Bu təşəbbüsə dəstək olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “Sərnişinlər üçün onlayn növbə (COVID-19)” adlı yeni elektron xidmət istifadəyə verilib. Bu elektron xidmət vasitəsilə aviabilet sahibləri COVID-19 testi üçün müayinə vaxtını onlayn təyin edə biləcəklər.

Belə ki, vətəndaşlar Agentliyin rəsmi internet səhifəsində (www.its.gov.az) “E-xidmətlər” bölməsində yaradılan “Sərnişinlər üçün onlayn növbə (COVID-19)” adlı altbölməyə keçid edərək açılan pəncərədə bilet nömrəsini daxil etməli və “Bileti yoxla” düyməsini seçməlidirlər. Bilet təsdiqini tapdıqdan sonra müayinə vaxtını təyin etmək üçün vətəndaş ona uyğun olan tarix və saatın yazıldığı “Randevu al” xanasını seçməlidir. Bu zaman ekranda görünən bildirişdə vətəndaşın müraciət edəcəyi tibb müəssisəsinin adı, ünvanı, eləcə də müayinə tarixi və saatı qeyd ediləcək.

Vətəndaş yuxarıda göstərilən eyni qayda ilə müayinə vaxtını dəyişə bilər. Bu zaman öncə alınan tarix silinəcək. Vətəndaşlar nəzərə almalıdırlar ki, randevunu icbari tibbi sığortanın platformasında yalnız uçuş tarixinə uyğun olaraq təqdim olunacaq aralıqda seçə bilərlər. Belə ki, uçuş tarixinə 48 saat qalmış randevu verilməsi mümkün olmayacaqdır (sərt karantin rejimi günləri tətbiq edilərsə həmin günlərə düşən randevuların müddəti dəyişdirilə bilər). Uçuşdan ən gec 48 saat əvvəl və ən tez 96 saat əvvəl COVID-19 üçün müayinədən keçmək lazımdır.

Tibb müəssisəsinə müraciət edən vətəndaş şəxsiyyət vəsiqəsini və uçuş biletini mütləq şəkildə qeydiyyatçıya təqdim etməlidir. Sərnişinlərdən tələb olunan COVID-19 testi ödənişsizdir.

Trend

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir