Bazar , Noyabr 24 2024
azenru
Home / Xəbərlər / Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb

Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb.

Bu barədə nazir Mikayıl Cabbarov məlumat verib.

Onun sözlərinə görə, platforma vasitəsilə iş adamları banklara müraciət etmək imkanı əldə edəcəklər.

“Yeni sistemə 15 bank qoşulub, gələcəkdə digər banklar da qoşulacaq. Platforma ilə koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş şəxslər üçün dövlət zəmanətli, güzəştli kreditlər təklif edilir. Maksimum 10 gün ərzində kredit veriləcək. Sahibkarlar 3 milyon manata qədər kredit götürə bilərlər. Kredit üzrə 12 ay güzəşt müəyyən edilib. Platforma sahibkarların müraciətini daha da asanlaşdıracaq”, – nazir qeyd edib.

Qeyd edək, ki pandemiya səbəbindən maddi ziyan dəymiş turizm sahəsində fəaliyyət göstərən sahibkarlar da bu elektron kredit platformasından yararlana bilərlər.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir