Cümə axşamı , May 9 2024
azenru
Home / İnnovasiyalar (page 2)

İnnovasiyalar

Azərbaycan xalqına təbrik

Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqına təbrik Hörmətli həmvətənlər! Bu gün Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi …

Read More »

Helikopter turumuzla yaxından tanış olun

Turizm.Az şirkəti həmişə olduğu kimi fərqli tip turlara üstünlük verərək bu dəfə də müştərilərinə helikopter turu təqdim edir. HELİKOPTER TURLARI 🚁 ✅ Bakı – Quba Helikopter turu ✅ Bakı – Qəbələ Helikopter turu ✅ Tarix: İstəyinizə uyğun olaraq. (10 gün öncə sifariş etməklə) 🔽 Qiymətə daxildir: ✅ Müasir Helikopter (Agusta Westland AW-139) ✅ Günorta yeməyi ( Assorti …

Read More »

Sinqapurun hava limanında əyləncə parkı açılıb

Sinqapurun Changi Aeroportu dünyanın ən nəhəng hava limanıdır və bu həftə aeroportun daxilində daha bir əyləncə mərkəzi istifadəyə verilib. Buranın əsas özəlliklərindən biri isə kinoteatrın olmasıdır. Sinqapur aeroportu qonaqlarına burada uzun müddət vaxt keçirmək üçün hər cür şərait yaradıb. TPG-nin əməkdaşı Etan Steinberq keçən ay xüsusi olaraq Changi aeroportuna təşkil …

Read More »

Azərbaycanın turizm təbliğatının növbəti hədəfi Cənubi Koreyadır

Azərbaycan və Koreya arasında turizm sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə Azərbaycan nümayəndə heyəti Cənubi Koreya Respublikasına səfər edib. Səfər çərçivəsində Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidin rəhbərlik etdiyi nümayəndə heyəti Seulda Cənubi Koreyanın səyahət turizmi üzrə ixtisaslaşan aparıcı media agentliklərinin nümayəndələri (“Travel Insight & TTL News”, “Korea Travel Times”, …

Read More »

Bakıdan Şarm əl Şeyxə birbaşa reyslər

Mövsümün ən qaynar vaxtında Bakıdan Şarm əl Şeyxə birbaşa reys. Bakı – Şarm əl Şeyx birbaşa reysi Sunday Airlines brendi adı ilə Scat aviaşirkətinin rahat və komfortlu Boeing 757 – 200 avialayneri ilə həyata keçirilir. İlk uçuş artıq 18 iyulda baş tutacaq və hər həftənin cümə axşamları həyata keçiriləcək. Turların …

Read More »

Azərbaycan ÜTT-a aparıcı komitəsinə üzv qəbul edilib

Mayın 28-də Azərbaycan BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) 2019-2021-ci illər üzrə Assosiativ Üzvlük Müraciətlərinə Baxılması üzrə Komitəsinin üzvü seçilib. Azərbaycanın 2019-2021-ci illər üzrə qeyd olunan komitəyə üzv olması barədə yekdilliklə qərarın qəbul olunması mayın 27-də Xorvatiyanın Zaqreb şəhərində işinə başlayan Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının 64-cü sessiyası çərçivəsində baş tutub. Tədbirdə …

Read More »

UEFA-nın Avropa Liqasının final oyununa gələcək turistlər üçün yeni sayt istifadəyə verilib

Azərbaycan Turizm Bürosu tərəfindən mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA-nın Avropa Liqasının final oyunu ilə əlaqədar ölkəyə gələcək xarici qonaqların qabaqcadan məlumatlandırılması məqsədilə veb-sayt hazırlanıb. İnformativ xarakter daşıyan https://bakufinal.azerbaijan.travel/ ünvanında yerləşən saytda azarkeşləri maraqlandıra biləcək suallara xüsusi bölmələr üzrə cavablar yerləşdirilib. Bakıya uçuş həyata keçirən hava yolları şirkətlərinin birbaşa və çarter …

Read More »

Azərbaycanın tanıtım videoçarxı İspaniya festivalında uğur qazandı

Azərbaycanın yeni turizm brendi “Bir daha bax” (“Take another look”) şüarı əsasında hazırlanan tanıtım videoçarxı İspaniyanın Tortosa şəhərində keçirilən “Terres Festival 2019” festivalında təltif edilib. Videoçarx “Turizm kommunikasiyası” kateqoriyasının ölkələrə görə “Turizm destinasiyası” nominasiyası üzrə 2-ci yerlə mükafatlandırılıb. Məlumat üçün bildirək ki, “Terres Festival” festivalı dayanıqlı inkişaf və təbiət turizmi …

Read More »

Birbaşa Maltaya!

İyulun 3-dən Tiflis beynəlxalq hava limanından Maltaya həftəlik birbaşa reyslər baş tutacaq. Air Malta Interco Travel Group tərəfindən Gürcüstanın aviasiya bazarına gətirildi. Şirkətin məlumatına görə, Air Maltanın bazarda ortaya çıxması yalnız Gürcüstan deyil, həm də Ermənistan və Azərbaycan vətəndaşlarının adada istirahət etməsi üçün imkanlar yaradacaq. “InterCo Travel Group” Air Malta-nın …

Read More »

Azqranatanın ofisində Şərab Turları ilə bağlı görüş keçirilib

Bu gün Azqranata MMC-nin dəstəyi, Turizm.Az şirkətinin təşkilatçılığı ilə Azərbaycanın seçilmiş incoming və inbound şirkətlərinin iştirakı ilə adı çəkilən Azqranatanın Bakı ofisi-dequstasiya zalında Şərab turları ilə bağlı görüş keçirildi və geniş müzakirələr aparıldı. Nəticədə, 03.05.19 tarixində Azqranata şərab zavodu və Şamaxıda yerləşən üzüm tarlalarına İnfoturun keçirilməsinə qərar verildi. İştirak edən …

Read More »