Çərşənbə axşamı , May 14 2024
azenru
Home / Xəbərlər (page 26)

Xəbərlər

Daha iki çarter reysi ilə 391 azərbaycanlı ölkəyə çatdırıldı

Azərbaycanın Milli aviadaşıyıcısı martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib. Bu barədə “Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən bildiriblər. Bildirilib ki, AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gətirib.   Əlavə olunub ki, Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin …

Read More »

Qatarla Bakı, Sumqayıt və Abşerona sərnişin daşınması dayandırılır

Martın 19-da saat 00.00-dan etibarən Bakı, Sumqayıt və Abşeron istisna olmaqla ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərnişin daşınması dayandırılır. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Ölkə ərazisindəki hava limanlarından Bakıya sərnişin daşınmasına fasilə verilir.  

Read More »

Latviya səfirliyi viza müraciətlərinin qəbulunu dayandırdı

Latviyanın Azərbaycandakı səfirliyi viza müraciətlərinin qəbulunun dayandırıldığını bildirib. Bu barədə səfirlik “Facebook” səhifəsində məlumat yayıb. “COVID 19-un yayılması ilə əlaqədar, Latviya hökuməti aprelin 14-ə qədər ölkədə fövqəladə vəziyyət elan edib. Latviyaya edilən bütün uçuşlar, qatar və avtobus xidmətləri ləğv edilib. Bu səbəbdən aprelin 14-dən əvvəl tarixlərə Latviyaya giriş üçün Şengen …

Read More »

Türkiyə ilə bu günə olan uçuş vaxtları açıqlandı

Türkiyə ilə Azərbaycan arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar Türkiyə ərazisində qalmış Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 17-də İstanbul-Bakı və Bakı-İstanbul istiqamətləri üzrə çarter reyslərinin vaxtı açıqlanıb. Türk Hava Yollarından Trend-ə verilən məlumata görə, Bakıya olan uçuşlara yalnız Azərbaycan vətəndaşları, İstanbula isə Türkiyə vətəndaşları qəbul ediləcək. TK6890-91: ISTANBUL-GYD -11:00 …

Read More »

Avropa İttifaqı Şengen vizalarının verilməsini məhdudlaşdıracaq

Avropa İttifaqına üzv olan 27 ölkənin dövlət və hökumət başçıları bu gün koronavirusa qarşı mübarizə ilə bağlı videokonfrans keçirəcəklər. Konfrans zamanı ittifaq ərazisinə səfərlərə məhdudiyyətlər təsdiq ediləcək. Bu təklifi Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyaen səsləndirib. Onun sözlərinə görə məhdudiyyət xaricilərin Avropa İttifaqında 30 gün müddətinə səfər etmələrinin dayandırılmasını …

Read More »

Azərbaycan və Rusiya arasında səfərlər dayandırılır – Operativ Qərargah

Martın 16-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aldığımız məlumata görə, telefon danışığı əsnasında koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb. Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus …

Read More »

Sərnişinlərimizin ödənişləri tam şəkildə geri qaytarılacaq – “Buta Airways”

Koronavirus epidemiyasına görə ləğv olunmuş reyslər üzrə əldə edilmiş aviabiletləri uçuş tarixindən sonra da qaytarıb, ödənişi geri almaq mümkündür. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi – “Buta Airways” şirkəti bəyan edib. “Sərnişinlərimizə ödənişlərin tam şəkildə geri qaytarılacağına zəmanət veririk. Xahiş olunur, təşvişə qapılmayasınız və müştəri xidmətlərinin cavabını …

Read More »

Bakıdan Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılır

Ukrayna ərazisinə sərnişin qatarlarının hərəkəti dayandırılır “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən verilən məlumata əsasən, Ukraynanın Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus (COVİD-19) infeksiyasının Ukrayna Respublikasının ərazisində yayılmasının qarşısının alınması məqsədilə martın 17-si saat 00:01-dən etibarən, bütün beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb. Bununla əlaqədar, Bakıdan 21 mart tarixindən …

Read More »

Azərbaycanla Türkiyə arasındaki reyslər ayın neçəsinə kimi dayandırılıb?

Azərbaycanla Türkiyə arasında aviareyslər koronavirus təhlükəsi il əlaqədar martın 31-dək dayandırılıb. Bu barədə “Türk Hava Yolları” aviaşirkətinə istinadən məlumat verir. Qeyd olunur ki, qərar martın 15-dən qüvvəyə minib. Qərara əsasən, qeyd olunan tarixlərə biletləri olan müştərilər həmin biletləri geri qaytara, mayın 31-dək uzada və ya mayın 31-dək başqa istiqamətə uçuşlara …

Read More »