Bazar ertəsi , May 6 2024
azenru
Home / Xəbərlər (page 38)

Xəbərlər

“Turizm Reyestrinin aparılma Qaydası” təsdiqlənib

“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən “Turizm Reyestrinin aparılma Qaydası” təsdiq olunub. Travelnews.az xəbər verir ki, bununla bağlı qərarı yanvarın 23-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov imzalayıb. Reyestr turizm sənayesinin subyektləri barədə məlumatların toplanılmasını, saxlanılmasını, istifadəsini və …

Read More »

“Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusu verilib

Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusu verilib. Bu barədə qərarı yanvarın 24-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov imzalayıb. Qərarda qeyd olunur ki, milli qoruq statusu “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 19 yanvar tarixli Sərəncamının 3.3-cü bəndinin …

Read More »

Naftalana turistlərin pulsuz daşınması üçün avtobus istifadəyə verilib

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Naftalan Müalicə və Sağlamlıq Mərkəzinin dəstəyi ilə şəhərə gələn turistlərin rahat gediş-gəlişini təmin etmək üçün Naftalan – Goran dəmir yolu stansiyası – Naftalan marşrutu üzrə müasir standartlara cavab verən nəqliyyat vasitəsi istifadəyə verilib. İcra Hakimiyyətindən aldığımız xəbərə görə, turistlərin bu istiqamətdə daşınması “Azərbaycan Dəmir Yolları” QSC-nin …

Read More »

Azərbaycana 20 irimiqyaslı işgüzar tədbir cəlb ediləcək

“2020-ci ildə 20 işgüzar tədbirin Azərbaycana cəlb olunması üçün namizədlik irəli sürüləcək”. Bu barədə Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən X Avrasiya Tədbirlər Forumunda (EFEA) çıxış edərkən bildirib. Çıxışda, həmçinin böyükmiqyaslı beynəlxalq tədbirlərin Azərbaycan turizminin inkişafına verdiyi töhfələr, ölkəmizdə işgüzar tədbirlər sənayesinin inkişafı üçün görülən …

Read More »

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 21-ə çatıb

Elazığda 6.5 bal gücündə zəlzələ baş verib. Türk KİV-lərinə istinadən verdiyi məlumata görə, Elazığın Sivricə əyalətində baş verən zəlzələ bir çox vilayətdə hiss edilib. Zəlzələnin 6.8 bal gücündə olduğu bildirilir. Yeraltı təkan yerli vaxtla saat 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 6.75 kilometr dərinliyindədir. Dağıntı və tələfat barədə məlumat yoxdur. …

Read More »

Azərbaycan regionun ən böyük turizm tədbiri keçiriləcək

Aprelin 29-da Bakıda “Travel Business Azerbaijan 2020” tədbiri baş tutacaq. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçiriləcək tədbirə 1000-dən çox iştirakçının qatılacağı gözlənilir. Azərbaycanda ilk dəfə keçiriləcək tədbir regionun ən böyük səyahət bazarı rolunu oynayacaq. Travelnews.az-ın Dövlət Turizm Agentliyindən aldığı məlumata görə, tədbirə Azərbaycanın …

Read More »

Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək

Azərbaycanda bu il ərzində turizm bazarının normallaşdırılması və standartlara cavab verən turizm xidmətlərinin göstərilməsi üçün bir neçə müsbət addımın atılacağı gözlənilir. Bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev deyib. Onun sözlərinə görə, son illər ərzində ölkədə turizm şirkətlərinin sayının artması turizmin inkişafı baxımından müsbət hal hesab olunur. …

Read More »

Azərbaycan İspaniyada beynəlxalq turizm sərgisində təmsil olunur

Yanvarın 22-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti “FITUR” beynəlxalq turizm sərgisində iştirak edir. İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən sərgi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə BMT-nin Ümumdünya Turizm Təşkilatının rəsmiləri, həmçinin dövlət nümayəndələri və şirkət rəhbərləri arasında görüşlər keçirilir. Görüşlər zamanı turizm …

Read More »

Çinin Vuhan şəhərində kütləvi turizmə qadağa qoyulub

Çinin orta bölgəsindəki Hubei əyalətinin paytaxtı Vuhan şəhərində yeni tipli pnevmoniya xəstəliyinin sürətlə yayılması ilə əlaqədar sərnişin nəqliyyatına nəzarət gücləndirilərək sakinlərin kütləvi halda başqa yerlərə getməsinə, həmçinin ev heyvanları və quşlar aparmasına qadağa qoyulub.   Travelnews.az TASS-a istinadən xəbər verir ki, yerli səhiyyə komitəsinin tətbiq etdiyi yeni qaydalara əsasən, polis …

Read More »

Sakit okean adasında güclü zəlzələ

Sakit okeanın Fici adasınin sahillərində 5,5 bal gücündə zəlzələ olub. ABŞ Geoloji Xidmətinin verdiyi məlumatda zəlzələnin episentrinin 77 min insanın yaşadığı Suva şəhərindən 195 km şimal-qərbdə yerin 10 kilometr dərinliyində qeydə alındığı bildirilir. Dağıntı və sunami təhlükəsi barədə məlumat verilməyib.

Read More »