Bazar ertəsi , Noyabr 4 2024
azenru
Home / İnnovasiyalar / Airbus A380 və ya uçan restoran

Airbus A380 və ya uçan restoran


“Lufthansa Magazin” ən böyük sərnişin təyyarəsi olan, 550 kvm-lik əraziyə sahib Airbus A380 haqqında maraqlı araşdırma aparıb.

Araşdırmada bu təyyarəyə bir tərəfə uçuş zamanı yerləşdirilən qida və qidalanmaq üçün ləvazımatların sayı və çeşidləri göstərilib. Airbus A380 təyyarəsi üçün bortun tam ərazisində 856 oturacaq nəzərdə tutulub.

Lufthansa şirkətində iki A380 tipli təyyarə fəaliyyət göstərir. Bu təyyarələrdə müvafiq olaraq 488 və 509 oturacaq var. Bu da o deməkdir ki, təyyarə tam doludursa uçuş zamanı 500-dən çox insana xidmət göstərmək lazım olur və təyyarə havaya yüksəldikdən sonra bir növü böyük restorana çevrilir. Bu zaman hansı qida və qidalanmaq üçün ləvazımatlardan istifadə olunur?

60% ətli, 40%-i vegeterianlar üçün nəzərdə tutulmuş, 1200 boşqab yemək

16 ədəd duz və istiot dəyirmanı (First Class)

350 ədəd duz və istiot qabı (Business Class)

600 ədəd duz və istiot paketi

20 fərqli çeşiddə 1200 ədəd çörək

50 fərqli çeşiddə içkilər (spirtli və spirtsiz)

6 fərqli çeşiddə su (81%-i qazlı, 19%-i qazsız)

Meyvə şirələri (pomidor şirəsi, alma şirəsi, portağal şirəsi)

6 fərqli çeşiddə 284 ədəd pivə (31 ədəd spirtsiz, 253 ədəd spirtli)

20 fərqli çeşiddə çay və qəhvə

1000 ədəd stəkan və qədəh

3100 ədəd kağız  (Economy və Premium Economy Class), 250 ədəd parça salfet (Business Class və First Class)

300 ədəd süfrə (Business Class və First Class)

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …