Çərşənbə axşamı , May 14 2024
azenru
Home / İnnovasiyalar / Səyahət zamanı lazım olan proqramlar

Səyahət zamanı lazım olan proqramlar

TravelNews.az xəbər saytı səyahətçilərə ən çox lazım olan 5 telefon proqramını araşdırıb.

1. mTrip

Dünyada 3 milyondan çox istifadəçisi olan bu proqram ödənişsizdir. Səyahət etdiyiniz ərazilərdə turizm zonaları, muzeylər, önəmli tarixi məkanlar, eyni zamanda turizm agentlikləri və şəhər turizm idarələri barədə məlumatlar bu proqramda cəmləşib.

 

2. Airbnb

Airbnb (Andriod, İOS) 200 ölkə, 34.000 şəhəri əhatə edən, insanların evlərini və ya otaqlarını turistlərə kirayə verə bilməsi üçün təsis olunmuş proqramdır. Səyahətçilər  bu proqram vasitəsilə getdiyi ölkə və şəhərlərdə qalmağa ev və ya otaq tapa bilər.

 

3.Wi-fi Finder

Wi-fi Finder (Android, İOS) proqramı ilə getdiyiniz ərazilərdə wi-fi zonaların yerini və sizdən nə qədər uzaqlıqda olduğunu öyrənə bilərsiz. Bu proqram vasitəsilə yaxın wireless ərazisinə gedən yolu da asanlıqla tapmaq olar.

 

4. Uber

Xarici ölkələrdə taksidən və ictimai nəqliyyatdan istfiadə etmək bəzən təhükəli olur. Bu zaman köməyinizə Uber çatacaq. Bu proqram vasitəsilə bir toxunuşla siz nəqliyyat vasitəsi sifariş edib, istədiyiniz məkana gedə bilərsiniz.

5. Foodspotting

Səyahət etdiyiniz ərazilərdə restoranlar haqqında məlumatları bu proqram vasitəsilə ala bilərsiniz. Müştəri rəyləri sizə ən yaxşı məkanı seçməyinizdə yardımçı olacaq.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …