Cümə axşamı , May 9 2024
azenru
Home / İnnovasiyalar / “Sports Events 365″in Azərbaycandaki rəsmi nümayəndəsi Turizm.Az oldu

“Sports Events 365″in Azərbaycandaki rəsmi nümayəndəsi Turizm.Az oldu

Aprelin 5-dən etibarən Turizm.Az şirkəti dünya üzrə futbol və digər idman oyunlarına biletlərin onlayn satışını həyata keçirən “Sports Events 365” beynəlxalq şirkətinin Azərbaycandaki rəsmi nümayəndəsi olub.

Bu biletləri ALLEVENTS.AZ saytından əldə etmək olar. Bununla bağlı TravelNews.Az “Turizm.Az Travel Group”un icraçı direktoru Nəsimi Kərəmovdan müsahibə alıb:

– Biletlərin əldə olunması prosesi necədir?

– Futbol və digər idman oyunlarına, eyni zamanda müxtəlif konsertlərə biletlər online olaraq əldə edilir. Ödənişlər online həyata keçirilir. Biletlər istəyinizdən asılı olaraq, həmin şəhərdəki gecələyəcəyiniz otelə (ödənişsiz) ya da Bakıda göstərdiyiniz ünvana (əksər hallarda ödənişli) çatdırılır. Oyunlar seçilir; Daha sonra, məsələn, futbol oyununda, stadiondakı sektorlar seçilir və bilet ödənişi həyata keçirilir.

– Hansı oyunlara biletlər almaq olar?

– Dünyanın ən mötəbər idman oyunlarına (futbol, basketbol, tennis ve s.) biletləri əldə etmək olar.

– Əvvəldən alınmış biletlərlə oyun günündə alınan biletlərin qiymət fərqi varmı?

–  Əvvəldən alınmış bilet qiymətləri ilə, oyun günü alınan qiymətlərdə əlbəttə ki, fərqlər mövcuddur. Belə ki, oyun tarixi yaxınlaşdıqca bilet qiymətləri də artır. Buna görə də əvvəlcədən biletləri əldə etməyi tövsiyyə edirik.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …