Cümə , May 17 2024
azenru
Home / Tədbirlər / “Gazelli Group”un məhsulları “Made in Azerbaijan” adı ilə beynəlxalq konqresdə

“Gazelli Group”un məhsulları “Made in Azerbaijan” adı ilə beynəlxalq konqresdə

Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan “Gazelli Group” “Made in Azerbaijan” adı ilə Moskvada keçirilən “Sanatoriya-kurort müalicəsi” III Beynəlxalq konqresində təmsil olunur.

TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, iyunun 8-dək davam edəcək tədbirdə şirkətin, xüsusilə SPA mərkəzlərdə istifadə edilən peşəkar qulluq məhsulları – premium növ hesab edilən “Gazelli Expert” və “Entera” brendləri nümayiş olunur. Bu məhsulların hazırlanmasında naftalandan alınmış “Gazelli white oil” ekstraktı istifadə edilir ki, bu da “Gazelli Expert” və “Entera”nı xüsusilə fərqləndirir. Bundan əlavə, konqresdə Azərbaycanın turistik şəhəri olan Naftalanda yerləşən möhtəşəm “Qarabağ” oteli barədə də tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Bildirilib ki, “Qarabağ” oteli ürək-damar sistemi, psoriaz, insultdan sonra reabilitasiya, sümük-oynaq və sairə kimi xəstəliklərin aradan qaldırılması üçün ideal məkandır. Oteldə istirahət etməklə yanaşı, müalicə kursu almaq mümkündür.

Konqres iştirakçıları “Gazelli Group”un istehsal etdiyi otel məhsulları – “Aroma Collection”, “Buta”, “Sunlab”, “Start”, “Chokolata&Vanilla” və müxtəlif hədiyyə dəstləri ilə tanış olmaq şansı əldə edirlər.

“Gazelli Group”un stendinə maraq böyükdür. Məhsullarımız Rusiya bazarına artıq bir neçə ildir ki ixrac edilir. Lakin məhsullarımıza böyük tələbat olduğundan biz bazarı daha geniş araşdırıb Rusiyada fəaliyyətimizi genişləndirmək niyyətindəyik”, – deyə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı diqqətə çatdırıb.

Qeyd edək ki,”Gazelli Group” bütün beynəlxalq, o cümlədən də nadir şirkətlərə verilən GMP sertifikatına malikdir. Bu isə şirkətin istehsal etdiyi məhsullarının yüksək keyfiyyətindən xəbər verir.

 

    

Şərhlər

şərhlər

Check Also

Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci il üçün təlim proqramını elan edib

Azərbaycan Turizm Bürosunun nəzdində olan Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci ilin ilk yarısı üçün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir