Cümə , May 10 2024
azenru
Home / Tədbirlər / Milli Turizm Təbliğat Bürosunun ilk toplantısı baş tutub

Milli Turizm Təbliğat Bürosunun ilk toplantısı baş tutub

İyunun 8-də Bakı şəhərində fəaliyyət göstərən gəlmə turizm sahəsində ixtisaslaşmış yerli və xarici tur operator və turizm şirkətləri ilə Milli Turizm Təbliğat Bürosunun görüşü keçirilib.

TravelNews.Az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Milli Turizm Təbliğat Bürosunun rəhbəri Fuad Nağıyev qurum yarandığı qısa müddət ərzində bir sıra mühüm layihələrə imza atdığını qeyd edib. Bildirib ki, Novruz bayramı günlərində Bakıda paytaxt sakinləri və qonaqlar üçün silsilə tədbirlər həyata keçirilib. IV İslam Həmrəyliyi Oyunları günlərində isə bir çox ölkələrin mədəniyyət günlərini təşkil edib.

F.Nağıyev deyib ki, rəhbərlik etdiyi qurumun fəaliyyətinin əsasını Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təşkil edir.

Fuad Nağıyev turizm şirkətləri ilə birgə əməkdaşlıq imkanları barədə məlumat verərək bu işdə maraqlı olduqlarını söyləyib.

Görüşdə Milli Turizm Təbliğat Bürosunun əməkdaşları – Kənan Qasımov “Büronun yaradılması, fəaliyyəti və qarşıya qoyulan vəzifələr”, Fərhad Aşurbəyli “Turizm potensialının təbliğində onlayn resursların rolu və turizm firmaları ilə əməkdaşlıq imkanları”, Cəmilə Talıbzadə “Marketinq siyasəti və turizm firmalarının prosesdə iştirakı” mövzularında təqdimatlarla çıxış ediblər.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Turizm Təbliğat Bürosunun işini təhlil edərək 3 aydır yaranan qurumun fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, ötən müddət ərzində Büro tərəfindən turizmin təbliği istiqamətində mühüm layihələrə imza atılıb. Bu da deməyə əsas verir ki, büronun səyləri nəticəsində beynəlxalq səviyyədə turizm xidmətlərinin Azərbaycanda tətbiqinə nail olunacaq.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir