Bazar , May 5 2024
azenru
Home / Destinasiyalar / “Astanaya xoş gəlmisiniz” – VİDEOREPORTAJ

“Astanaya xoş gəlmisiniz” – VİDEOREPORTAJ

Avqustun 15-də “Sapphir Hotel Baku”da Astananın turizm potensialı haqqında “Astanaya xoş gəlmisiniz” adlı  təqdimat mərasimi keçirilib.

TravelNews.Az xəbər verir ki, Qazaxıstanın “Triumph Sat Group Travel” şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ilk olaraq  “EXPO-2017” ilə bağlı videoçarx nümayiş olunub. Qazaxıstanın Azərbaycandakı səfirliyinin konsulu Nurbek Almaşov ölkələrimiz arasında turizm əlaqələrinin genişləndiyini vurğulayıb. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Leyla Verdiyeva ölkələrimiz arasında turizm sahəsində qarşılıqlı əlaqələr barədə geniş məlumat verib. Leyla Verdiyeva həm də Azərbaycana hər il təxminən 30 min qazax turistin gəldiyini də bildirib.

Daha sonra Qazaxıstanın aparıcı tur şirkətlərinin nümayəndələri də çıxışlar edərək, Astananın və ümumilikdə Qazaxıstanın turizm potensialından danışıblar.

Təqdimat mərasimində həm də Qazaxıstanın etnik çalğı alətləri nümayiş olunub, milli musiqiləri səsləndirilib.

Sonda tədbir iştirakçıları üçün Qazaxıstanın milli təamlarını dadmaq şansı da yaradılıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir