Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Təşkilat və Operatorlar / “Reyestr xidmətinin tədbiqinə zərurət var” – MÜTƏXƏSSİS RƏYİ

“Reyestr xidmətinin tədbiqinə zərurət var” – MÜTƏXƏSSİS RƏYİ

TravelNews.Az mütəxəssislər arasında lisenziyaların olub-olmayacağı və reyestr xidmətinin tədbiqi haqqında sorğu keçirib.

Sağlamlıq və Termal turizminə dəstək Assosasiyasının sədri və Azərbaycan Turizm Assosasiyasının gəlmə turizm komitəsinin üzvü Ruslan Quliyev bildirib ki, sadələşdirilmiş sistemin tədbiq olunması müsbət haldır. Orta və kiçik sahibkarlığın və turizmin inkişafına dəstəkdir ancaq lisenziyanın ləğvi qısa zaman ərzində bazarda hərc-mərcliyə səbəb olub. Ruslan Quliyevin sözlərinə görə, əslində, buna xaos demək olmaz, çünki idarə oluna bilən prosesdir. “Sadecə olaraq bir qeydiyyat sistemi olmalıdır. Bu monitorinq, statistika və digər koordinasiyanın düzgün həyata keçirilməsi üçün, eyni zamanda, bazarda olan neqativ halları araşdırmaq və operativ qərar qəbul etmək üçün lazımdır. Bu baxımdan düşünürəm ki, reyestrın qısa bir zamanda tətbiq olunmasına zərurət var. Çünki, bu sahəylə məşğul olan hər bir insan attestasiya keçməlidir. O baxımdan biz ümid edirik ki, vahid bir sistem tədbiq olunandan sonra bələdçilərin, qaçaq fəaliyyət göstərən, vergidən yayınan avtobus və turizm şirkətlərinin qarşısı alınacaq.”

Azərbaycan turizm Assosiasiyasının idarə heyətinin üzvü Göydəniz Qəhrəmanov bildirib ki, ölkə rəhbərliyinin bu qərarı (lisenziyaların ləğvi) sahibkarların rahat işləməsi üçün nəzərdə tutulub. “Həqiqətən də bu onların işini çox rahatlaşdırır. Təəssüflər olsun ki, bu qərardan sui-istifadə edən şirkətlər var. Şirkətlər açılır, iki-üç gün sonra bağlanır və ya turistlər aldadılır.”

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir