Bazar , May 19 2024
azenru
Home / Blog / Yazarlar hansı istirahət növünə üstünlük verir və səyahət üçün hansı məkanları seçir? – SORĞU

Yazarlar hansı istirahət növünə üstünlük verir və səyahət üçün hansı məkanları seçir? – SORĞU

Bu dəfə TravelNews.Az azərbaycanlı yazarlar arasında sorğu keçirib. “Azərbaycan yazarları hansı istirahət növünə üstünlük verir və səyahət üçün hansı məkanları seçir?” sualına bir-birindən maraqlı cavablar verilib.

Kənan Hacı

“Təəssüf ki, son illər istirahət və səyahət imkanlarından məhrumam. Uzun müddət işsiz qaldım. Elə indi də işsizəm. Keçən yayı da nə istirahət etmək imkanım oldu nə də harasa gedə bildim. Azərbaycan yazarları kitablarından heç bir gəlir əldə edə bilmir. Normal qonorar verən sayt, qəzet yoxdur. Bu, acı reallıqdır.”

Aqşin Evrən
“İstirahət mənim üçün balıq tutmaq, futbola baxmaq, dənizə getməkdir. Səs-küylü məkanlar, partilər yalnız həftədə 1 dəfə olmaqla məqbuldur. İstirahət zamanı əvvəlcə fiziki cəhətdən yox, zehni cəhətdən dincəlməyə önəm vermək lazımdır. Açığı, dünyanı gəzmək mənim üçün çox maraqlıdır. Amma bir o qədər də gözəl təbiəti – dağı, gölü, çayı, meşəsi olan bir kənddə mükəmməl şəkildə istirahət edə bilərəm. Tarixi məkanlara səyahət və təbiətə qayıtmaq insan ömrünü uzadır, onun təfəkkür qatlarını açır.”
Şərif AG
“İstirahət imkanla bağlıdır. Düşünürəm ki, çağdaş yazarlarımızın o qədər də geniş imkanı yoxdur, eləcə də mənim. Əsasən, yayda istirahət edirəm və Azərbaycanın dağlıq, meşə, ya da dəniz olan ərazilərini seçirəm. Olmayanda evin içində də istirahət edirəm. İstirahətimi kitabdan, yazıdan və kompyüterdən uzaq olmaqla edirəm. Harda və hansı fəsildə olur-olsun.”
Tural Cəfərov (Qan Turalı)
“Türkiyəni istirahət üçün çox sevirəm. Hər dəfə ora gedəndə çoxlu kitablar alıram, teatr tamaşalarına gedirəm, yeni filmlərə baxıram. Bu mənada bəlkə də özümü ən yaxşı hiss etdiyim ölkə Türkiyədir. Rusiyaya getməyi də sevirəm, ora getdikdə uşaqlığımı çox xatırlayıram, bir də əlbəttə ki, mədəni istirahət üçün Rusiya çox doğmadır mənə. Peterburqu gəzmək elə bil Qoqolu, Puşkini və Dostoyevskini görmək kimidir. Ümumilikdə istirahət üçün yer seçəndə çalışıram orda mədəni həzz ala biləcəyim yerlər olsun, muzeylər, gözəl binalar və s. Hə, bir də xaricə getdikdə ən çox insanları müşahidə etməyi sevirəm. Çünki onların jestləri, davranışları, mimikaları, plastikaları bizimkilərdən fərqli olur.”

Şərhlər

şərhlər

Check Also

Dünyanın ən böyük səyahət gəmisi- FOTO

Bir müddət öncə Saint-Nazaire (Fransa) gəmiqayırma zavodunda bəşər tarixində ən böyük gəmi istehsal olunmuşdur. Bu səyahət …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir