Şənbə , Noyabr 23 2024
azenru
Home / Tədbirlər / “İkinci Bakı Şopinq Festivalı bir sıra yeniliklərlə yadda qalacaq” – NAZİR ƏBÜLFƏS QARAYEV

“İkinci Bakı Şopinq Festivalı bir sıra yeniliklərlə yadda qalacaq” – NAZİR ƏBÜLFƏS QARAYEV

“İkinci Bakı Şopinq Festivalı bir sıra yeniliklərlə yadda qalacaq. Birinci və ikinci festivallar arasında həm mövsüm, həm də təbliğat baxımından müəyyən fərqlər olacaq. İkinci festival Azərbaycana turist axınını daha da stimullaşdıracaq. Qarşıdakı festivalda xüsusi turist paketləri hazırlanaraq turizm agentliklərinə təklif edəcək. Bu paketlərə aviabilet, transfer, sığorta, hoteldə qalma, festival mağazalarına şopinq turların təşkili daxildir. Alıcılar festival boyunca xüsusi hədiyyə kartları qazanacaq, eləcə də xüsusi uduşlu lotereyalar və endirim kuponları əldə edəcəklər. Turistləri və alıcıları həvəsləndirmək üçün ticarət mərkəzlərində interaktiv oyunlar təşkil olunacaq. Festival gedişində paytaxtın Fəvvarələr meydanında “Fan” zonası fəaliyyət göstərəcək”- deyə Mədəniyyət və Turizm Naziri Əblüfəs Qarayev oktyabrın 12-də “JW Marriott Absheron” hotelində Bakıda təşkil ediləcək ikinci Şopinq festivalına həsr olunmuş mətbuat konfransında bildirib.

Nazir vurğulayıb ki, oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək Bakı Şopinq Festivalı Azərbaycan Turizm Şurası tərəfindən həyata keçirilən ilk layihədir. Festivalın keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilib və təşkilati məsələləri nazirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu həyata keçirir. Bundan əlavə, festivalın təşkilində müvafiq qurumlar da yaxından iştirak edərək öz töhfələrini verirlər.

Qeyd olundu ki, ildə iki dəfə keçirilməsi nəzərdə tutulan festival turizmin inkişafı üçün yeni bir mərhələdir və beynəlxalq təcrübəyə əsaslanır. Tədbirin keçirilməsi təkcə ticarət deyil, ölkəmizin adət-ənənələri və tarixini tanıtmaq baxımından da öz müsbət tərəfləri ilə seçilir.

Diqqətə çatdırıldı ki, ilk dəfə olaraq “Bravo” hipermarketi və “Neptun” supermarketlər şəbəkəsi də festivala qoşulub. Marketlərdə satılan yalnız elektron avadanlıqlar və bu tipli məhsullar festivala daxildir. Bundan başqa, bir sıra apteklər də festivalda təmsil olunacaqlar.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir