Bazar , Noyabr 24 2024
azenru
Home / Destinasiyalar / “Xarici turistlərin sayında 24 faizə qədər artım qeydə alınıb” – NAZİR ƏBÜLFƏS QARAYEV

“Xarici turistlərin sayında 24 faizə qədər artım qeydə alınıb” – NAZİR ƏBÜLFƏS QARAYEV

“Azərbaycanın zəngin mədəniyyəti, mətbəxi, eyni zamanda bir sıra ölkələrin vətəndaşları üçün viza verilməsinin sadələşdirilməsi, elektron turist vizası sisteminin tətbiqi xarici turist sayının ildə-ilə artmasına səbəb olub”.

TravelNews.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Rossiya 24” telekanalına müsahibəsində deyib.

Son illər ölkəmizə xarici turistlərin cəlb olunması istiqamətində sistemli işlərin görüldüyünü bildirən nazir bildirib ki, həyata keçirilən layihələr sayəsində paytaxt Bakı ilə yanaşı, Azərbaycanın regionları da müasirləşib, gözəlləşib. Yaradılan şərait, o cümlədən təhlükəsizlik, müasir turizm sənayesi və xidmət səviyyəsinin yüksəldilməsi, təbii ki, xarici turistlərin ölkəmizə marağının daha da artmasına müsbət təsir edir. Bunun nəticəsidir ki, bu ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə xarici turistlərin sayında 24 faizə qədər artım qeydə alınıb. Bu artımda Rusiyadan gələnlər də xüsusi yer tutur.

Qeyd olunub ki, indi ölkəmizdə dünyada tanınan bir sıra brend hotellər fəaliyyət göstərir. Bunlarla yanaşı, hazırda Bakıda və regionlarda 2 və 3 ulduzlu hotellərin inşası istiqamətində də tədbirlər həyata keçirilir. Azərbaycanda mövcud olan sağlamlıq turizmi imkanları, xüsusilə də Naftalan nefti və Naxçıvanda duz mağaraları öz unikallığı ilə seçilir. Naftalan nefti ilə müalicədən MDB ölkələri, o cümlədən Rusiya və Qazaxıstan vətəndaşları daha çox istifadə edir.

Turizmin inkişafının ölkənin bütün bölgələrini əhatə etdiyini deyən nazir bildirib ki, Qusarda “Şahdağ”, Qəbələdə “Tufandağ” kimi müasir dağ-xizək kompleksləri qış turizminin inkişafına mühüm töhfələr verir.

O da vurğulanıb ki, Rusiyanın “TurStat” analitik agentliyi tərəfindən MDB-yə üzv olan ölkələrin ən məşhur dağ-xizək kurortlarının siyahısında Şahdağ Turizm Mərkəzi ilk üçlükdə yer alıb.

Əbülfəs Qarayev müsahibəsində ölkəmizdə keçirilən II Bakı Şopinq Festivalı haqqında da geniş məlumat verib. Deyib ki, oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək Ticarət festivalında xarici turistlərlə yanaşı, yerli vətəndaşlar da yararlana biləcəklər. Budəfəki festivalda 400-dən artıq ticarət obyekti iştirak edir. Festival çərçivəsində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları ticarət mərkəzlərində xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Həmin mallara “Tax free” imkanı təqdim olunacaq. Bundan başqa, festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili də nəzərdə tutulur. ƏDV-nin qaytarılması isə şopinq mərkəzlərində quraşdırılan xüsusi məntəqələrdə həyata keçirilir. Festival günlərində “Tax-free” sistemi üzrə ƏDV-nin qaytarılması ən azı 100 manat məbləğində alınan mallar üçün tətbiq olunur.

Festival çərçivəsində turizm agentliklərinə təklif olunan xüsusi turist paketlərinə aviabilet, transfer, sığorta, hoteldə qalma, festival mağazalarına şopinq turların təşkili daxil edilib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir