Cümə , Noyabr 22 2024
azenru
Home / Destinasiyalar / “Bu il çimərlik turizmi ilə bağlı müsbət nəticəyə gələ bilmədik” – NAZİR MÜAVİNİ

“Bu il çimərlik turizmi ilə bağlı müsbət nəticəyə gələ bilmədik” – NAZİR MÜAVİNİ

Azərbaycanda bütün mövcud çimərliklərə nümunə olacaq çimərlik yaradılacaq.

TravelNews.Az “Report”a istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib.

“Bu il çimərlik turizmi ilə bağlı müsbət nəticəyə gələ bilmədik. Artıq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Nardaran qəsəbəsinə yaxın ərazidə 2 km-lik yer ayrılıb. Potensial investorlarla yaxın günlərdə işlər başlanacaq. Gələn mövsümə hazırlanmasını istəyirik. Bu çimərlik klasterinin yaradılması digər çimərliklər üçün də nümunə ola bilər”, – nazir müavini əlavə edib.

N.Səmədov deyib ki, hazırda turizm sektorunda 43 mindən çox adam çalışır. Ümumilikdə, mədəniyyət və turizm sektorunda isə 100 minlik işçi heyəti mövcuddur.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir