Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Təşkilat və Operatorlar / Nazir müavini ilə ABŞ-ın ölkəmizdəki səfirinin müavini arasında görüş keçirilib

Nazir müavini ilə ABŞ-ın ölkəmizdəki səfirinin müavini arasında görüş keçirilib

Oktyabrın 17-də Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov və Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfirinin müavini Uilyam Qillin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti arasında görüş keçirilib.

TravelNews.Az xəbər verir ki, görüş zamanı Azərbaycan və ABŞ arasında turizm sahəsi üzrə əməkdaşlığa dair görülən işlər və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Nazim Səmədov ölkəmizdə turizm sahəsində həyata keçirilən islahatlar barədə danışıb.

Nazir müavini Azərbaycan və ABŞ arasında birbaşa təyyarə reyslərinin fəaliyyət göstərməsi ilə qarşılıqlı turist axınının intensivləşdiyi, bu reyslərin nəinki Azərbaycan Respublikası vətəndaşları, həmçinin Azərbaycanla qonşu olan ölkələrin vətəndaşları tərəfindən istifadə olunduğunu qeyd edib.

İki ölkə arasında əlaqələrin genişləndirilməsində danışan görüş iştirakçıları turizm təhsili sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Bakı Turizm Peşə Məktəbi, Mingəçevir Turizm Kolleci haqqında ABŞ nümayəndə heyətinə məlumat verilib və Nazim Səmədov tərəfindən bir sıra ölkələrlə əməkdaşlıq edən ATMU ilə ABŞ-ın təhsil müəssisələri arasında gələcəkdə əlaqələrin qurulması təklif edilib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir