Oktyabrın 26-da “Hyatt Regency Baku” otelində flydubai və Emirates Hava Yolları arasında birgə əməkdaşlığın (code-share) qurulması ilə əlaqədar təqdimat mərasimi keçirilib.
TravelNews.Az xəbər verir ki, təqdimatda BƏƏ-nin aparıcı aviaşirkətinin uçduğu istiqamətlərin sayının 200-ə qədər çatması, sərnişinlərin səyyahət imkanların artırılması və əməkdaşlığın (code-share) üstünlükləri barədə danışılıb. Artıq Bakıdan Dubaya ilk olaraq flydubai ilə, Dubaydan (növbəti reysi cəmi 120 dəqiqə gözləməklə) isə Emirates ilə dünyanın 200-dən artıq istiqamətə uçmaq mümkün olacaq. Bu reyslərdə ekonom və biznes klasslarda qidalanma və müəyyən ölçüdə baqajın daşınması qiymətlərə daxil olacaq və sərnişin baqajın daşıınması Bakıdan son nöqtəyədək həyata keçiriləcək.
Qeyd edək ki tədbirin sonunda müsabiqə keçirilib və qaliblərə aviabiletlər hədiyyə olunub.