Bazar , May 19 2024
azenru
Home / Tədbirlər / Qış mövsümünün təntənəli açılışı baş tutacaq – ŞAHDAĞDA

Qış mövsümünün təntənəli açılışı baş tutacaq – ŞAHDAĞDA

“Şahdağ” Turizm Mərkəzi 2017-2018-ci il qış mövsümünün açıq elan olunacağı günü açıqlayıb.

TravelNews.Az xəbər verir ki, 16 dekabrda Şahdağda qış mövsümünün təntənəli açılışı baş tutacaq.  Qonaqları “Excellent Band” və Mick Rafiyevin ifasında canlı musiqi, DJ, açıq havada yarmarka, uşaqlar üçün əyləncə və möhtəşəm hədiyyələr gözləyəcək.

Qeyd edək ki, ötən illərdə olduğu kimi, bu il də kompleksdə dağ-xizək turizmi həvəskarları üçün aeroxizəkdə gəzinti, kanatla yüksəklikdən sürüşmə, ziplayn, kvadrosikl turları, uşaqlar üçün kirşələr, qarda tübinq, qarsıxıcı maşınlarda maraq dolu gəzinti və buz meydançası kimi qış əyləncələrinə əlavə olaraq, peyntbol, at üstündə gəzinti, uşaq parkı, qış əyləncələri də hazırlanıb. Ənənəvi əyləncələr sırasına ötən ildən etibarən atıcılıq və paraplan xidməti əlavə ediləcək.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir