AZAL və Boeing bu gün beş “Boeing 787-8 Dreamliner” və iki Boeing 747-8F (və ya B777F) təyyarələrinin alınması barədə razılığa gəlib.
TravelNews.Az xəbər verir ki, sazişi “Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov və “Boeing Commercial Airplanes”-ın Prezidenti və baş icraçı direktoru Kevin Makalister imzalayıb. Sazişin dəyəri 1,9 milyard dollar həcmində qiymətləndirilir. Təyyarələrin gətirilməsi 2019-2020-ci illərə planlaşdırılır.
Qeyd edək ki, saziş ən böyük beynəlxalq aerokosmik sərgi “Dubai Airshow 2017” çərçivəsində imzalanıb.