Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Destinasiyalar / Mədəniyyət və Turizm Nazirliyi Bəhreyn arxeoloji irs evinin açılışında

Mədəniyyət və Turizm Nazirliyi Bəhreyn arxeoloji irs evinin açılışında

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Bəhreyn Krallığına səfərdədir.

TravelNews.Az xəbər verir ki, səfər çərçivəsində bir sıra işgüzar görüşlər keçirən heyət üzvləri eyni zamanda bir sıra mədəni tədbirlərdə də iştirak edib.

Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günel Aslanova Bəhreynin mərkəzi küçələrinin birində yerləşən “Bəhreyn Arxeoloji İrs Evi”nin yenidənqurmadan sonra həyata keçirilən təntənəli açılış mərasimində iştirak edib.

Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar Naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə açılış mərasimində çıxışı zamanı qeyd edib ki, son illərdə Bəhreyndə həm tarixi abidələrin bərpası həm də yeni muzeylərin açılışları olub. Həmçinin vurğulayıb ki, Bəhreynə turist səfərlərinin sayının artması nəticəsində belə obyektlərə maraq artıb. Bəhreyn mədəni irsinin beynəlxalq aləmdə tanıdılması baxımından bu cür turizm nümayişi obyektlərinin bərpasının vacibliyi bildirilib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir