“Turizm sektoru üzrə ən yüksək səviyyədə və müasir standartlara uyğun qurulmuş infrastruktur bu sahənin inkişafı üçün münbit şərait yaradıb. Son illərdə bir çox beynəlxalq səviyyəli tədbirlərin ölkəmizdə keçirilməsi xarici vətəndaşların Azərbaycana marağını daha da artırıb”.
TravelNews.Az “APA-Economics”-ə istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Onun sözlərinə görə, görülən işlər nəticəsində ölkəyə turist axını güclənib. S. Həsənova bildirib ki, gələn il turizm sektoru üzrə 6,6%, növbəti üç ildə isə orta hesabla 6%-dən çox artacağı proqnozlaşdırılır.