Azərbaycan Turizm Assosiasiyası Misirdə turizmin təhlükəsizliyinin təbliğatını həyata keçirəcək.
TravelNews.Az xəbər verir ki, AZTA rəhbərliyi ofisində Misirin Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fudə Siddiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Misirin Ədliyyə Nazirliyinın təftiş müşaviri Vəlid Fövzi əs-Subəi, “Air Cargo” şirkətinin idarə heyətinin rəhbəri Yasir Yəhya Məhəmməd, “Maksima” turizm şirkətinin rəhbəri Amir Məhəmməd İsmayıl, “Shams” otellər qrupunun idarə heyətinin sədri Muteyyi Mahmud İsmayıl, “İtaly-Egypt Air” şirkətinin baş meneceri İsam Əbdül Gəni daxil olub. Görüşdə Misirin Azərbaycandaki səfiri xanım Suzan Cəmil də iştirak edib.
Cənubi Sinay əyalətinin qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə AZTA ilə sıx əməkdaşlığın perspektivləri müzakirə olunub. Assosiasiya rəhbərliyi hazırda Azərbaycan turistləri arasında Misirdə məlum olan siyası hadisələrdən sonra təhlükəsizliyin bərqərar olduğunu və bu barədə geniş məlumatlandırma tədbirlərinin aparılmasının vacibliyini qeyd edib. Assosiasiya bu tədbirlərin həyata keçirilməsində Misir tərəfinə yardım etməkdə hazır olduğunu bildirib. Tərəflər birgə infoturların, work-shop və B2B görüşlərin keçirilməsi barədə razılığa gəlib, birbaşa uçuşların sayının artırıılmasının vacıbliyini qeyd ediblər. Birgə fəaliyyətin nəticəsi olaraq Azərbaycan Turizm Assosiasiyasının üzvlərinə individual və qrup şəklində sadələşdirilmiş viza verilməsi barədə razılığa gəliblər.
Görüşün sonunda Misirin Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fudə Siddiq Şarm əş-Şeyxin simvolik açarını Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin üzvü Göydəniz Qəhrəmanova təqdim edib.