“Cari ilin sonunda Gürcüstan iqtisadiyyatı turizmdən 2 milyard dollardan çox gəlir əldə edəcək”.
TravelNews.Az APA-a istinadən xəbər veir ki, bu barədə Tbilisidə keçirilən beynəlxalq “İpək yolu” forumunda Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili deyib.
O bildirib ki, Dünya Bankı ilə birgə hazırlanmış strategiyaya əsasən, Gürcüstan 2025-ci il üçün 11 mln. turist qəbul edəcək.
Nazir qeyd edib ki, turizmin sayəsində Gürcüstanda on minlərlə yeni iş yeri yaradılıb.