Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Tədbirlər / Qabaqcıl şirkət rəhbərləri ATMU-da – FOTOLAR

Qabaqcıl şirkət rəhbərləri ATMU-da – FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetində qabaqcıl şirkət rəhbərlərinin iştirakı ilə “Marketinq menecmenti” fənnindən açıq dərs keçirilib.

TravelNews.Az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universiteti “Marketinq”kafedrasının təşəbbüsü ilə “Aqromarketinq” və “Tikinti sahəsinin marketinqi” mövzularına dair açıq dərsin təşkilində başlıca məqsəd ixtisas tələbələrini marketinq sahəsində innovasiyaların tətbiqi və öyrənilməsinə,o cümlədən müstəqil fəaliyyət çərçivəsində layihə hazırlama və təqdimetmə vərdişlərinə istiqamətləndirməkdən ibarərdir.

Mövzulara uyğun olaraq tələbələr qrup şəklində keyslər üzrə marketinq layihələri hazırlayayıb ekspertlərə təqdim ediblər. Açıq dərsdə ATMU-nun rektoru İlham Mədətov, ekspert qismində “Aselson Bakı” şirkətinin icraçı direktoru Serhat Erdemir, “AGT inşaat”ın icraçı direktor müavini Selim Akbay, “STP” şirkətinin baş məsləhətçi Bilgi İşıkkent, “AKC” tikinti şirkətinin direktoru, əməkdar mühəndis Aslan İsmayılov, İqtisadiyyat nazirliyi BBTM-in şöbə müdiri Məlahət Kazımova, “Gilan Holding”şirkətinin marketinq meneceri Mehdi Qarayev, “Renesans” tikinti şirkətinin nümayəndəsi Qürbət Salmanov, Beynəlxalq təlim və tədris mərkəzinin icraçı direktoru Tariyel Dövlətov, BBF biznes inkubasiya mərkəzinin layihə müdiri Rəşad Məmmədov, Sığorta üzrə ekspert iqtisadçı Xəyal Məmmədxanlı, adıçəkilən universitetin professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər.

Rektor İlham Mədətov bu səviyyəli tədbirlərin günün reallığına çevrilməsini uğurlu addım kimi dəyərləndirib. Universitetin dərin tədris və təhsillə yanaşı, iş- təcrübə fəaliyyətinin də prioritet vəzifə olduğunu iştirakçıların diqqətinə çatdırıb. İ.Mədətov ixtisas kurrikulumlarına uyğun bir semestr nəzərdə tutulan təcrübə müddətinin 3 il yarım tədris müddətinə bərabər təşkilinin daha faydalı olacağını xüsusi vurğulayıb. Marketinq kafedrasının müdiri Anar Eminov isə ATMU-da “aktuallaq baxımından məhz tikinti və qida sahəsinin marketinq idarəedilməsi üzrə”keçirilən açıq dərsin iştirakçılar üçün əhəmiyyətli olacağını deyib.

Ekspertlərin iştirakı ilə mövcud layihələrin tətbiqi perspektivləri müzakirə edilib və tələbələrə təqdimatların təkmilləşdirilməsinə dair təkliflər verilib. Fərqlənən qrup üzvləri mükafatlandırılıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir