Bazar ertəsi , Noyabr 4 2024
azenru
Home / Tədbirlər / ATMU əməkdaşı beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib

ATMU əməkdaşı beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib

Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşı və doktorantı Sənubər Qənbərova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Tavrida sarayı- MDB ölkələrinin Parlamentlərarası Assambleyasının qərargahında “Parlamentarizmin aktual problemləri-tarix və müasirlik” (“Tavrida məruzələri-2017”) mövzusunda keçirilən beynəlxalq elmi konfransda aktual məruzə ilə çıxış edib.

TravelNews.Az xəbər verir ki, sözügedən konfransa Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Polşa, Rusiya və digər respublikalardan onlarla alim və mütəxəssis qatılıb.

Konfrans Plenar iclasla başlayıb və öz işini müxtəlif bölmə iclaslarında davam etdirib. Beynəlxalq tədbirin gündəliyinə “Rusiya İmperiyasının Dövlət Dumasına seçkilər”, “Bioqrafika”, “Dövlət Dumasının və Dövlət Şurasının fəaliyyəti (1906-1917-ci illər)”, “Rusiya İmperiyası IV Dövlət Dumasının fəaliyyəti”, “1917-ci ildə Rusiya parlamentarizmi”, “Parlamentarizm mövzusunun mətbuatda əks olunması”, Rusiya parlamentarizminin regional ölçüsü”, “MDB dövlətlərində parlamentarizmin inkişafının aktual problemləri”, “Xarici parlamentarizm” və ümumilikdə 70-dən çox məruzə daxil edilib.

ATMU-nun mətbuat xidmətinin məlumatında deyilir ki, S.Qənbərovanın “1918-1920-ci illərdə Azərbaycan Parlamenti” mövzusunda məruzəsi konfrans iştirkçıları tərəfindən maraqla qarşılanıb. Məruzəçi deyib ki, “ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Bu ərəfədə belə bir mötəbər məclisdə Azərbaycan parlamentinin çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlməsindən detallı söz açmaq mənim üçün böyük fəxrdir”. Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurub,- deyən S. Qənbərova diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyətnin Parlamenti cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq fəxrlə deyə bilərik ki, özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini bütün dünyaya sübut edə bilib.

Qeyd etmək lazımdır ki, “Tavrida məruzələri” illik konfransları 2007-ci ildən etibarən hər il parlamentarizmin tarixini öyrənmək və yaymaq məqsədilə keçirilir. Konfransın yekununda elmi məqalələr toplusu dərc olunur.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir