Bazar ertəsi , May 13 2024
azenru
Home / Təşkilat və Operatorlar / Nazir Əbülfəs Qarayev Türkiyə səfiri ilə görüşüb

Nazir Əbülfəs Qarayev Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özaral arasında görüş keçirilib.

Dekabrın 12-də baş tutan görüşdə Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, o cümlədən müvafiq hüquqi-baza, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.

Nazir Türkiyə Respublikasının mədəniyyət və turizm naziri ilə Sudanda və Ankarada görüşlər keçirildiyini və müvafiq sahələrə dair qarşılıqlı maraq doğuran mövzularla bağlı fikir mübadiləsi aparıldığını bildirib.

Görüş zamanı həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi müzakirə olunub.

Səfir səmimi qəbula görə minnətdarlığını ifadə edib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir