Çərşənbə , May 15 2024
azenru
Home / Təşkilat və Operatorlar / Nazir Əbülfəs Qarayev Yunanıstanın Azərbaycandakı Səfiri ilə görüşüb

Nazir Əbülfəs Qarayev Yunanıstanın Azərbaycandakı Səfiri ilə görüşüb

Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Yunanıstanın Azərbaycandakı Səfiri Nikolaos Kanellosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dekabrın 13-də keçirilən görüşdə Azərbaycan və Yunanıstan arasındakı ikitərəfli mədəni və turizm əlaqələrindən söhbət açılıb, birgə əməkdaşlığın gələcəkdə də daha fəal istiqamətdə inkişaf etdirilməsi müzakirə olunub.

Nazir Əbülfəs Qarayev iki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək qeyd edib ki, Azərbaycana Yunanıstandan gələn turistlərinin sayının daha da artırılması üçün qarşılıqlı turizm təqdimatlarının keçirilməsi vacibdir. Bu müstəvidə fəaliyyət inkişafda olan turizm ölkəsi kimi Azərbaycanın daha çox tanıdılmasına xidmət edəcək. Eyni zamanda, mədəni əlaqələrin inkişafından söhbət açan Nazir, Yunanıstan nümayəndə heyətini Bakı Prosesinin 10 illik mərasiminə dəvət edib.

Səfir Nikolaos Kanellos səmimi qəbula görə təşəkkürünü bildirib və fəaliyyəti müddətində qeyd olunan əməkdaşlığın inkişafı üçün işlərin həyata keçiriləcəyini qeyd edib.

Daha sonra Azərbaycan və Yunanıstan arasında mühüm turizm və mədəniyyət tədbirlərində qarşılıqlı iştirak və birgə layihələrin həyata keçirilməsi qərara alınıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir