Dekabrın 12-də “TES Tour” və “Experience Baku” şirkətlərinin birgə təşkilatçılığı ilə görkəmli araşdırmaçı, “Bakının sirləri” televiziya şousunun müəllifi Fuad Axundovla görüş keçirilib.
TravelNews.Az xəbər verir ki, Atropat otelində keçirilən görüşdə Fuad Axundov dinləyicilərinə “Neft Baronlarının irsi (Legacy of Oil Barons)” mövzusundan danışıb. “TES Tour” şirkətinin nümayəndəsi Emil Həsənovun sözlərinə görə tədbirin əsas məqsədi Azərbaycanda yaşayan və işləyən xarici vətəndaşları Bakı haqqında dərindən məlumatlandırmaq, eyni zamanda turizm sahəsində çalışanlara və tələbələrə bu önəmli bilgiləri çatdırmaqdır. İngilis dilində keçirilən görüşdə 50-ə yaxın dinləyici iştirak edib.
“Tədbirdə keçmişə nəzər salaraq həm də bugünki proseslərin tarixi köklərini izləyə biləcəyik. Ona görə mövzuda müvafiq olaraq tarixi faktlardan, şəxsiyyətlərdən, Bakının memarlığından istifadə etmişəm. Belə tədbirlər silsiləvi xarakter almalıdır. Bu ilk tədbirdir və çalışacayıq ki, bu görüşləri klub formatına salaq və mütəmadi keçirək. Gördüyümüz işlər mənə həm də yeni araşdırmalar üçün stimul verir. Onu da qeyd edim ki, mövuzlarınm müzakirəsi ilə biz qədim Azərbaycanın tarixinə baxaraq bugünki proseslərə istiqamət verə bilərik. Bu baxımdan bu cür görüşlər böyük əhəmiyyətə malikdir – deyə Fuad Axundov saytımıza açıqlamasında bildirib.