“Yay və qış aylarında Azərbaycanla Çexiya arasında hava reysləri 2-3 ay davam edə bilər”.
TravelNews.Az APA-a istinadən xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka bildirib.
O bildirib ki, əvvəllər belə bir aviareys AZAL tərəfindən təklif edilirdi: “Lakin ola bilsin ki, rentabelli hesab etmədikləri üçün bu reys bağlandı. İndi fikirlər var ki, bu reys turist axının çox olduğu aylarda, məsələn yayda açılsın. Ancaq bu barədə dəqiq məlumat yoxdur. Çexiyaya getmək istəyən azərbaycanlılar İstanbul, Kiyev və ya Moskvadan uçmalı olurlar”.