Bazar , May 19 2024
azenru
Home / Destinasiyalar / Hər yerə öz vaxtında gedin və möcüzə görün

Hər yerə öz vaxtında gedin və möcüzə görün

Bu xəbərimdə sizə müəyyən dövrlərdə xüsusi gözəlliyə bürünən yerlərin siyahısını təqdim edəcəm.

Bolqarıstan, “Qızılgül vadisi”

“Qızılgül vadisi” adlanan yer Bolqarıstanda, paytaxt Sofiyadan çox da uzaq olmayan məsafədə yerləşir. Vadiyə çatmamış artıq bir neçə kilometrdən qızılgüllərin ətri hər tərəfi bürüyür. Güclü gələn gül ətrindən adamın başı fırlanmağa başlayır. Bir dağın ətəyində açılan yüz minlərlə gül qönçəsi bura gələnləri biganə qoymur. Lakin bura ilin hər fəslində gəlmək elə də gözoxşayan olmur. May ayının 20-dən iyun ayının 20-nə kimi olan çiçəklənmə dövründə bura nağıl kimi sehirli bir yerə bənzəyir. Bu müddət ərzində buraya gəlsəz uzun müddət bu gözəlliyi yaddan çıxara bilməyəcəksiniz.

Fransa, Provans

İyunun ortalarından avqustun sonuna qədər Provansın lavanda sahələrinin gözəlliyindən həzz ala bilərsiniz. Çiçəkləmə dövrü stabil olmadığına görə, lavandaları görmək üçün iyul ayında gəlmək daha qarantilidir. Çox yubanmaq da olmaz, çünki sentyabr ayının əvvəlləri artıq lavandanın yığım mövsümü başlayır və yığılaraq güllərdən yağ çəkilir.

Yaponiya, Kioto

Baharın gəlişi ilə bütün Yaponiya sakuranın gül açmasını gözləyir. Məhz bu müddətdə bütün Yaponiya çəhrayı rəngə bürünür. Sakuranın çiçəkləməsi yapon dilində “xanami” adlandırılır. Xanami vaxtı isə əsasən bahar fəslinə təsadüf edir. Çiçəklənmə dövrü bütün regionlarda fərqli tarixlərdə baş verir. Tokioda martın 22-də, Kiotoda 24-də, Osakada 26-da, Sendayda aprelin 2-də, Naqanoda 7-də, Aomori-20-də, Hokkaydoda isə mayın 1-ə təsadüf edir.

Sonda demək istəyərdim ki, planetimizin hər bir bucağı ilin bütün fəsillərində özünəməxsus tərzdə gözəldir. Çalışın həyatınızı səyahətlərə və gözəl əhval-ruhiyyəyə sərf edin.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir