Şənbə , May 18 2024
azenru
Home / Tədbirlər / Gənclərin III Beynəlxalq Mədəni İrs və Turizm Forumu keçiriləcək

Gənclərin III Beynəlxalq Mədəni İrs və Turizm Forumu keçiriləcək

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin III Beynəlxalq Mədəni İrs və Turizm” Forumu keçiriləcək. 

TravelNews.Az xəbər verir ki, fevralın 1-2-si tarixlərində baş tutacaq forumun məqsədi gəncləri bir araya gətirərək müxtəlif ölkələr arasında mədəniyyət, mədəni irsin qorunması və öyrənilməsi, riyazi texnologiyanın tətbiqi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır.

Mədəni irs və turizm sahəsində fəaliyyəti olan, ideya və təcrübələrini paylaşmaq, yeni əlaqələr qurmaq istəyən 16-35 yaşlı gənclər Forumda məruzəçi kimi çıxış edə bilər. Aşağıdakı mövzularda tezislər qəbul olunur.

1. Mədəni irs və informasiya texnologiyaları;

2. Sosial media və turizm marketinqi;

3. Yaşıl konservasiya.

Forumda Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya, İtaliya, Makedoniya, Hindistan, Fransa, Almaniya, İspaniya, Misir və başqa ölkələrdən olan gənclər də iştirak edə bilərlər.

Qeyd edək ki, foruma qeydiyyat xərci 30 AZN təşkil edir. Müraciətlər üçün son tarix 2018-ci ilin 15 yanvar tarixi göstərilib. Qəbul olunan xülasələrin siyahısı 25 yanvara kimi açıqlanacaq. Qatılmaq istəyənlər ətraflı məlumatı miras.az saytından ala bilərlər.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir