Cümə , May 10 2024
azenru
Home / Destinasiyalar / Vizalarla bağlı bir yenilik daha – ÖLKƏDƏ QALMA MÜDDƏTİ UZADILIR

Vizalarla bağlı bir yenilik daha – ÖLKƏDƏ QALMA MÜDDƏTİ UZADILIR

Miqrasiya Məcəlləsinin 38-ci (Elektron vizalar) maddəsinə əlavələr təklif olunub.

TravelNews.Az APA-a istinadən xəbər verir ki, maddənin birinci bəndinə təklif edilən əlavəyə əsasən Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza alan zaman elektron qaydada verilən çoxdəfəlik vizada ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.

Qeyd edək ki, hazırda elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən olunur. Yeni əlavənin  qəbul edilərək qüvvəyə minəcəyi halda da birdəfəlik vizada qalma müddəti 30 gün olaraq qalacaq, 90 gün isə qeyd edildiyi kimi çoxdəfəlik viza alanlar üçün müəyyən ediləcək.

Layihə Milli Məclisin dekabrın 29-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir