Bazar , May 19 2024
azenru
Home / Təşkilat və Operatorlar / “BC yazılan yeri axtarın, ora təhlükəli yerdir” – BABƏK ORABANLI

“BC yazılan yeri axtarın, ora təhlükəli yerdir” – BABƏK ORABANLI

Hər kəs itkin düşən alpinistlərlə bağlı əlindən gələni etməyə çalışır.

TravelNews.Az xəbər verir ki, sosial şəbəkədə növbəti paylaşım dağçı Babək Orabanlıdan gəlib. O, axtarışların davam etdiyi marşrut barədə məlumat verib, məsləhətlərini həmkərları ilə bölüşüb. Qeyd edək ki, Babək Orabanlı işlə əlaqədar hazırda xaricdədir. Dağçının sözlərinə görə BC yazılan ərazini axtarmaq lazımdır, həmin ərazi təhlükəli hesab olunur:

1. Güclü küləkdən sonra uçqun olur.
2. Təcrübəsiz adamlar işə mane olur. (heç BC yerinə yetişə bilməyəcəksiz)
3. Qar hələ oturuşmuyub cox gumanki toz qar olacaq.
4. Helikopter dərəyə girərsə ucqun təhlukəsi dahada yüksək olar.
5. Qruplar ilk olaraq çadırı axtarsınlar.
7. Çatlaqlardan ehtiyatlı olun.
8. Orda iki mərtəbə buzlaqnvar düşərgə qurdugumuz yerdi.
8. Günəş çıxdığı andan sağ sirti vuracaq (ehtiyatlı olun).
9. Xilas edici qruplar ip karabin kranpon kəmər kaska digər ləvazimatlar götürsün.
10. Qarı kəsməməyə çalışın. Hər kəs bir izlə getsin.

Babək Orabanlı TravelNews.Az-a açıqlamasında ərazinin könüllülər üçün təhlükəli olduğunu bildirib. Onun sözlərinə görə, qeyri-peşəkar könüllülər, əsas axtarış komandasının işinə mane olacaq.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir