Şənbə , May 18 2024
azenru
Home / Təşkilat və Operatorlar / “Zirvə yolu bizə belə ağır gəlməmişdi” – SİRXAN MƏMMƏDOV

“Zirvə yolu bizə belə ağır gəlməmişdi” – SİRXAN MƏMMƏDOV

İtkin düşən dağçıların axtarışları davam edir. Bununla bağlı sosial şəbəkələrdə də müxtəlif paylaşımlar olunur. 

TravelNews.Az xəbər verir ki, növbəti paylaşım könüllü axtarış qrupunda olan dağçı Sirxan Məmmədovdan gəlib. O, dekabrın 26-dan etibarən axtarışların gedişatı barədə yazıb. Yazılanları olduğu kimi izləyicilərimizə təqdim edirik.

26.12.17 tarixində itkin düşən dağçılarımızın axtarılması məqsədilə ərazidə axtarışlara qoşulmuşuq.

27.12.17 tarixində 7 nəfər dağçı ilə Tufan dağının aşağı hissələrində, sağ və sol yamaclarında axtarışlar etdik. Hava şəraitinin dəyişməsi ilə axtarışları dayandırmalı olduq və FHN vertolyotu ilə havadan əraziyə baxış keçirdik və vertolyot ilə Xınalıq kəndinə qayıtmalı olduq. Gecə FHN əməkdaşları ilə axtarış planları hazırlandı, və növbəti gün Şah yaylağında (Mahmud dərənin girişində) qərərgah quruldu və müxtəlif istiqamətlərdə axtarış-xilasetməyə qoşulan alpinist qrupların koordinasiyasını etməyə başladıq.

28.12.17 tarixində Mahmud dərənin aşağı istiqamətlərində qar uçqunu olan hissələrində axtarışlara başladıq. Daha sonra 4 nəfər peşəkar dağçı ilə yüksək dağlıq ərazilərdə iz axtarılması məqsədilə 3000m yüksəklikdə camp qurduq.

29.12.17 tarixində Mürsəl Qasımov ilə birlikdə axtarış məqsədilə zirvə istiqamətində 2B marşrutu ilə yol aldıq. 3500m hündürlükdə müəyyən izlərə rast gəldik, lakin zirvə, zirvə ətrafı ərazilər və zirvə yolu üzərində itən dağçılarımıza aid heç bir izə rast gəlmədik. Bu qərara gəldik ki, dağçılarımız zirvədə olmamışdır.

Zirvə yolu bizə belə ağır gəlməmişdi !

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir