Çərşənbə axşamı , May 7 2024
azenru
Home / Tədbirlər / Ərəb dünyası üzrə İslam Mədəniyyətinin yeni Paytaxtı elan olunub

Ərəb dünyası üzrə İslam Mədəniyyətinin yeni Paytaxtı elan olunub

Bəhreyn Krallığının Muharraq şəhərinin Ərəb dünyası üzrə İslam Mədəniyyətinin Paytaxtı elan edilməsinin açılış mərasimi keçirilib.

TravelNews.Az xəbər verir ki, yanvarın 28-də keçirilən açılış mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının baş katibi, Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak edib. Bəhreyn kralının himayəsi ilə keçirilən tədbirdə ölkənin Turizm və Əntiq əşyalar İdarəsinin sədri xanım Mai bint Mohammad əl-Xəlifə, İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əltüveycri və İslam İnkişaf Bankının prezidenti Əhməd Mohammed Əli Əl-Madani İslam mədəniyyətinin inkişafında Muharraq şəhərinin əhəmiyyətini qeyd ediblər. Tədbir zamanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev xanım Mai bint Mohammad əl-Xəlifəyə Azərbaycan tərəfinin təbriklərini çatdırıb. Daha sonra tədbir mədəni proqramla davam edib.

Xatırladaq ki, Naxçıvan şəhəri 2018-ci il üçün Asiya regionu üzrə İslam Mədəniyyətinin Paytaxtı elan edilib və bununla əlaqədar cari il ərzində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir