Cümə , May 10 2024
azenru
Home / Nəqliyyat / AZAL-dan yeni – MÜSABİQƏ

AZAL-dan yeni – MÜSABİQƏ

Öncədən xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” QSC kiçik sərnişinləri üçün bort jurnalın xüsusi buraxılışını hazırlayır.

TravelNews.Az qurumun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, sadecə yeni hazırlanacaq jurnalın adını müəyyənləşdirmək qalıb. Bununla bağlı keçirilən müsabiqənin şərtlərinə görə, sosial şəbəkədə paylaşılmış postun altına uşaq jurnalının adı ilə bağlı öz variantlarınızı təklif edə bilərsiniz.  Hər bir iştirakçı bir neçə variant təklif edə bilər. Əsas şərt ondan ibarətdir ki, jurnalın adını uşaqlar eşitdikdə xoşlarına gəlsin və o, uçuşlar ilə bağlı olsun. Məsələn, bu, hər hansı bir quşun adı ola bilər (mütləq deyil).

Qalibi “AZAL Store”-dan qiymətli hədiyyələr – bizim “Boeing 787 Dreamliner” təyyarəmizin maketi, “4-ü 1-də” suvenir dəsti və uşaq jurnalının əsas qəhrəmanlarından biri olacaq yumşaq oyuncaq ayı “Pilot İsmayıl” gözləyir.

Qeyd edək ki, şərhlər fevralın 15-dək nəzərdən keçiriləcək və həmin gün qalib elan olunacaq.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir