TravelNews.Az dağçılıqla bağlı hazırlanmış 10 sənədli filmi izləyicilərinə təqdim edir. Qeyd edək ki, siyahını “Gənc Dağçılar Klubu” hazırlayıb.
TOUCHING THE VOID (2013)
“Touching The Void” filmi dağçılıq filmləri arasında izləməli olduğunuz klassik filmlərdən biridir. Joe Simpsan və Simon Yates 1985-ci ildə Peru And Dağlarında yerləşən və hündürlüyü 6.344 m olan Siula Grande zirvəsinə uğurlu, ancaq ölümə yaxın bir ekispedisiya edirlər. Həqiqətən baxmağa dəyər, möcüzəvi bir hekayədir.
MERU (2015)
Hindistanın şimalında yerləşən Meru dağı dünyanın ən çətin dırmanılan dağlarından hesab edilir. Heç kim bu zərvəyə çıxa bilməmişdi – hansı ki əfsanəvi dağçılar Conrad Anker , Jimmy Chin və Renan Ozturk bu zirvəyə çixmağa ehtiyac olduqlarını bilirdilər. Bu sənədli dağçılıq filmi Shark’s Fin-ə (Köpəkbalığı Üzgəci) dırmanma çəhdlərinin epik izahıdır. Bu sonuna qədər izləməli olduğunuz güclü hekayəsi olan gözəl hazırlanmış bir filmdir .
THE SUMMIT (2012)
K2 dağına tez-tez “Vəhşi Dağ” da deyirlər. Qonşu dağ olan Everest dağından daha təhlükəli və çətin dağdır. Statistikalara görə K2 dağı 3 nəfər dağçıdan birinin ölə biləçəyi dağdır. The Summit filmi 2008-ci ildə 22 dağçının K2 zirvəsini təşkil etdiyi yürüşü yenidən canladırır ki, bu yürüşdə yalnız 11 nəfər dağçı sağ qalır. O dövür, müasir dağçılıq tarixində ən ölümçül gün adlandırlır. Bu film baş veren hadisə haqqında müxtəlif dağçılardan toplanan məlumatları birləşdirir – bu olümcül gündə həqiqətən nə baş verdiyini təsvir edir.
NORHT FACE (2008)
North Face real hadisəyə əsaslanaraq 1936-cı ildə Alp dağlarında ən çətin dırma qayalarından olan Eiger-ə şimal yamaca qalxmaq üçün raqabət aparan dağçılar haqqında olan bir Alman filmidir. Ekranlar üçün hazırlanmış olsa da, real hadisəyə əsaslanır və izləyicini sona qədər ekran arxasında saxlaya bilir.
BEYOND THE EDGE (2013)
Hər kəs ilk dəfə 1953-cü ildə Everest zirvəsinə Edmund Hilarinin və Tenzing Norgayın çıxdıqları epik hekayəsini eşitdi – ancaq Yeni Zenlandiyada sənədli film rejissorları arxivləşdirlmiş görüntülərdən istifadə edərək hekayəni birləşdirdilər və 1953-cü ildə yaşanan hadisələri ekranda yenidən canlandırdilar.
BLINDSIGHT (2006)
Blindsight, Everest dağının şimal tərəfində olan Lhakpa Ri’yə dırmanan Tibetli gənclərin inanılmaz hekayəsidir. Yəni bu gənçlərin inanılmaz özəllikləri görmə əngəlli olub hər birinin uğurla zirvəyə dırmanmalarıdır və bu əngəl onların hədəflərinə mane olmamaqdadır. Görmə əngəlli olan və dünyanın bütün qitələrində ən hündür zirvələrə çıxmağı baçaran dağçı Erik Weihenmayer bu gənçlərə kömək edərək 7000m-lik zirvəyə çıxmağa nail olurlar.
THE WILDEST DREAM (2010)
Biritaniyalı dağçı George Mallory partneri Andrew Irvine ile birlikdə 1924-ci ildə Everest dağında itkin düşdülər. Bu müasir dağçılıq sənədli filmi 75 il sonra 1999-cu ildə Mallory-nin itkin düşməsini araşıdran Conrad Anker (eyni ilə MERU dağına dırmanan dağçı) hekayesinden behs edir. Mallory-nin bioqrafiyası haqqında məktublar, arxivləşdirilmiş görüntülər və fotolardan istifadə edərək məlumat verir. Bir nəfəsə izləyəcəyiniz, hətta izlədik də belə üşüyəcəyiniz bir filmdir.
THE BECKONING SILENCE (2007)
And dağlarında təxminən ölümə bərabər olan yürüşündən (yuxarda Touching The Void filminə baxa bilərsiz) sonra Joe Simpsonun bir daha heç vaxt dağlara dırmana bilməyəcəyi deyildi. Bu travma ilə üz-üzə qalan Simpson dağçılıqda baş verən ən epik hadisələrdən birini Toni Kurzun Eigerin şimal yamacına dırmanma missiyasını araşdırmağa qərar verdi. 1936-ci ildə Eigerin şimal yamacına olan yürüş haqqında North Face (yuxarda bu film haqqında qeyd edilib) filmindən sonra bu hadisəyə Simpson sənədli filmdə çəkilərək açıqlama gətirir.
180 DEGREES SOUTH (2010)
1968-ci ildə iki macerapərəst Yvon Chouinard (Patagonia geyim brendinin yaradıcısı) və Doug Tompkins (The North Face geyim brendinin yaradıcısı) uzun bir yolçuluğa çıxma qərarına gəlirlər. Missiyaları isə Corcovadoya dırmanmaq olur. Bir sörfçü və bir dağçı birləşəndə ortaya gözəl bir hekayə çıxır. Cənubi Amerikada yaşanmış olan bu hekayə maçeraçı Jeff Johnson tərəfindən yenidən canlandırılır və sənədli film hazırlanır.
COLD (2011)
Demek olar ki son 26 il ərzində dağçılar Pakistan ərazisində olan 8.000m-lik bir dağa çıxmağa cəhd edirlər ancaq uğursuz nəticə olur. 2011-ci il Fevral ayında Simone Moro, Denis Urubko və Cory Richards bir ilkə imza atdılar. Cory Richards qışda 8.000m-lik zirvəyə çıxan ilk Amerikalı olur. Richards özü ilə kiçik kamera daşıyırdı və çətinliklədə olsa yürüş zamanı baş verənləri davamlı olaraq qeydə alırdı. Bu sənədli film onların ölümünə səbəb ola biləcək kış yürüşündən bəhs edir.