Cümə , May 17 2024
azenru
Home / Təşkilat və Operatorlar / İtkin düşən alpinistlərlə bağlı – ƏN SON MƏLUMAT

İtkin düşən alpinistlərlə bağlı – ƏN SON MƏLUMAT

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” – hava və ekstrim idman klubunun 3 üzvü – Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin axtarışları hələ də davam etdirilir. Dövlət qurumları ilə yanaşı könüllü peşəkar alpinistlər də bu axtarışlarda iştirak edir. Onlardan biri – Sirxan Məmmədov fevral ayının 1-3 tarixlərində axtarış aparılan ərazidə olub və bununla bağlı “Facebook” hesabında paylaşım edib. TravelNews.Az həmin paylaşımı olduğu kimi izləyicilərinə təqdim edir:

“1 fevral tarixində 2 nəfərlik qrupla Tufan dağında itkin düşmüş alpinistlərin axtarış – xilasedilmə məqsədilə yaradılan, Şahyaylağında yerləşən qərargaha çatdıq.

2 fevral tarixində səhər saat 10:00-da 6 nəfər FHN xüsusi riskli xilasediciləri və 4 nəfər peşəkar alpinistlə Mahmuddərənin aşağı hissəsindəki qar uçqunları olan ərazilərdə özümüzlə gətirdiyimiz RECCO® cihazı ilə axtarışlara başladıq. Uçqun olan yerləri sektorlara bölərək cihazla scan etməyə başladıq. Gün ərzində 2 qar uçqunu olan ərazini RECCO® cihazı ilə scan etdik.

3 fevral tarixində səhər saat 9:00-da yenidən Mahmuddərənin yuxarı hissələrini cihazla scan etməyə başladıq. Qarın qalınlığı çox olan yerlərdə yeni xəndəklər qazdıq və həmin yerləri də scan etdik. Günortadan sonra 3000 m yüksəklikdə olan yamaclara da baxdıq.
Qeyd edək ki, RECCO® cihazı telefonların batareyaları və həmçinin bios batereyaları tükənsə belə sim kart çipinə siqnal vermə üstünlüyünə malikdir
Ancaq təəssüf ki, qarın dərinliyi çox idi, və cihazın gücü buna imkan vermədi.
Cihazın daha dərindən siqnallar ala bilməsi üçün əlavə gücləndirici antenlərə ehtiyacımız var. Bunları əldə etdiyimiz zaman yenidən axtarış üçün əraziyə qayıdacağıq”.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir