Çərşənbə axşamı , May 14 2024
azenru
Home / Tədbirlər / “Şahdağ” Turizm Mərkəzində qışın ən əyəncəli həftəsonu – VİDEO

“Şahdağ” Turizm Mərkəzində qışın ən əyəncəli həftəsonu – VİDEO

Fevralın 18-də “Şahdağ” Turizm Mərkəzində son illərin və bu qışın ən əyləncəli və maraqlı yarışı təşkil olunacaq.

TravelNews.Az xəbər verir ki, artıq üçüncü dəfə keçiriləcək “Red Bull Shakh Carpet”, yəni “Xalçaların Şahı” adlanan müsabiqədə iştirakçılar 3-5 nəfərdən ibarət komandalar şəklində yarışaraq hündür  yamacdan sürüşərək, tramplin üzərindən qarın içərisində düzəldilmiş hovuza atlanırlar. Bunun üçün iştirakçılar kreativ kostyumlar geyinməli, komandaya maraqlı ad seçməli və mütləq xalça elementinin istifadə edildiyi bir hərəkət vasitəsi – konstrukisya düzətməlidirlər. Konstruksiyanın hazırlanmasında xizək, snoubord, kirşə və ya qar üzərində hərəkət üçün istənilən digər hərəkət vasitələrindən istifadə edilə bilər.

Komandalar maraqlı konsept, fəndin (tullanmanın) yerinə yetirilməsi, geyimlərin, ümumilikdə çıxışların kreativliyi  və tamaşaçı simpatiyası nəzərə alınaraq məşhur simalardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblərə hədiyyələr təqdim olunacaq.

Bir sözlə, tədbirdə iştirak edənlərin maraq, adrenalin və həyəcan dolu anlar yaşaması qaçılmazdır. Yarışda iştirak etmək istəyənlər arasından öz yaradıcı geyim və səhnəcikləri ilə fərqlənən 20 komanda artıq qeydiyyatdan keçmiş və bu adrenalin dolu dəqiqələri yaşamaq hüququ əldə edib.

Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzi hər il ənənəvi olaraq həyəcan və əyləncə sevənlər üçün bu qəbildən olan əyləncə proqramları təşkil edir. Xüsusilə gənclərin həvəs göstərdiyi bu cür tədbirlər əvvəlki illərdə də böyük marağa səbəb olub.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir