Cümə , May 3 2024
azenru
Home / Tədbirlər / Formula 1 yarışlarından Azərbaycanın qazancı açıqlanıb

Formula 1 yarışlarından Azərbaycanın qazancı açıqlanıb

Formula 1 yarışları Azərbaycana 277 milyon dollardan artıq gəlir gətirib.

TravelNews.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrində qeyd olunub.

Araşdırmaya əsasən, Bakıda keçirilən Formula 1 yarışları ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib.

Hesabatda 277,3 milyon dollar göstərilən yekun məbləğ yarışlar ərəfəsinfə F1 ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, hotel, mehmanxana, restoran, nəqliyyat və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir