Cümə , May 3 2024
azenru
Home / Təşkilat və Operatorlar / Turizm şirkətləri Musiqili Teatrla əməkdaşlıq edəcək

Turizm şirkətləri Musiqili Teatrla əməkdaşlıq edəcək

Azərbaycan Dövlət Musiqili Teatrı turizm şirkətləri ilə əməkdaşlıq barədə ötən il start verdiyi layihəni bu il də uğurla davam etdirir.

TravelNews.Az xəbər verir ki, Teatrın rəhbərliyi ilə ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin nümayəndələri “dəyirmi masa” arxasında görüş keçirib.

Səmimi şəraitdə keçən görüşdə Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə İş Sektorunun müdiri Bəxtiyar Qılıncov, Turizm Sənayesi ilə İş Sektorunun məsləhətçisi Rüstəm Mehdizadə ilə yanaşı, “Baku Travel-Tourism”, “ALDE Tour”, “Aristokrat Travel”, “E&C Travel”, “Zdtravel”, “Zenit tour”, “İntravel” və digər turizm şirkətlərinin  nümayəndələri  də iştirak ediblər.

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonaqları salamlayaraq belə işgüzar münasibətlərin mədəni turizmin inkişafına daha böyük töfhələr verəcəyinə ümidvar olduğunu bildirib: “Təklif edərdim ki, gələcəkdə təşkil edəcəyiniz ekskursiya turlarına Musiqili Teatrın möhtəşəm binasını da əlavə edəsiniz. Əminəm ki, Musiqili Teatr öz maraqlı tamaşaları və tarixi baxımdan qədimliyi ilə yanaşı, müasir üslubda yenidən qurulan binası ilə də turistlərin diqqətini cəlb edəcək.  Mədəniyyətimizin təbliği baxımından bu istiqamətdə əməkdaşlığımızı genişləndirsək, daha uğurlu layihələrə imza ata bilərik”.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə İş Sektorunun müdiri Bəxtiyar Qılıncov tərəflər arasında əməkdaşlığın gələcək inkişafı və daha da genişlənməsi üçün bu mövzuda görüşlərin mütamadi keçirilməsinin vacibliyini vurğulayıb və turizm sektorunun nümayəndələrinə öz tövsiyyələrini verib.

Sonda qonaqlar SSRİ Xalq artisti R.Hacıyevin “Qafqazlı qardaşqızı” ikihissəli operettasını izləyiblər. Onlar Əməkdar incəsənət xadimi, rejissor Əli Usubovun  quruluşunda teatrın rus bölməsinin hazırladığı bu tamaşa haqqında xoş təəssüratlarını dilə gətiriblər və gələcəkdə buranın xarici turistlərə tanıtımı baxımından məqsədyönlü addımlar atacaqlarını bildiriblər.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir