Cümə , May 3 2024
azenru
Home / Destinasiyalar / Azərbaycan-Hindistan birbaşa aviareysi açıla bilər

Azərbaycan-Hindistan birbaşa aviareysi açıla bilər

Azərbaycan və Hindistan birbaşa aviareysin açılmasını müzakirə edir.

TravelNews.Az Trend-ə istinadən xəbər verir ki, bu açıqlamanı Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Səfir bildirib ki, bununla əlaqədar sabah Bakıya Hindistandan nümayəndə heyəti gələcək və “Azərbaycan Hava Yolları” QSC ilə danışıqlar keçirəcək:

“Birbaşa reyslər ölkələr arasında turist axınının artmasına və işgüzar münasibətlərin inkişafına xidmət edəcək. Bu istiqamətdə danışıqlar aparılır. Amma hələ ki bu, başlanğıc səviyyədədir”.

Qeyd edək ki, bir müddət əvvəl səfir Trend-ə açıqlamasında müntəzəm aviareyslərlə yanaşı kommersiya reyslərinin də işə salınması imkanının müzakirə olunduğunu bildirmişdi.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir