Cümə , May 3 2024
azenru
Home / Tədbirlər / Beynəlxalq Turizm və Səyahət sərgisi başlayır – AITF 2018

Beynəlxalq Turizm və Səyahət sərgisi başlayır – AITF 2018

Aprelin 5-7-si tarixlərində ölkəmizin turizm sahəsinin əsas tədbiri – 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahət “AITF 2018” sərgisi öz işinə başlayacaq. 

TravelNews.Az xəbər verir ki, aprelin 4-ü “Hyatt Regency” otelində sərgiyə həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Aydın İsmiyev – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin müdiri, Edvard Stron – “ITE Group” şirkətinin regional direktoru, Cəmilə Quliyeva – sərgi meneceri və Nəzrin Şamxalova – tədbirlər üzrə menecer iştirak edib. Bununla yanaşı KİV nümayəndələrinə sərgi ilə bağlı, həmçinin xarici iştirakçıların sərgidə hansı yenilikləri təqdim etdiyi və bu sahə ilə bağlı ölkə üçün yeniliklər haqqında ətraflı məlumat təqdim olunub.

Qeyd edək ki, TravelNews.Az Turizm Xəbərləri Agentliyi bu sərginin internet dəstəkçisidir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir