Cümə , May 3 2024
azenru
Home / Təşkilat və Operatorlar / Nazir Əbülfəs Qarayev ilə Dünya Turizm Təşkilatının baş katibi görüşüb

Nazir Əbülfəs Qarayev ilə Dünya Turizm Təşkilatının baş katibi görüşüb

Aprelin 4-də Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ilə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili arasında görüş keçirilib.

TravelNews.Az xəbər verir ki, görüş zamanı nazir Əbülfəs Qarayev ali qonağı Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. Nazir  ölkədə turizm sahəsinin inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlər barədə geniş məlumat verib və bu işlərin məntiqi nəticəsi olaraq ötən il ərzində Azərbaycana gələn turistlərin sayının 24 faiz artdığını qeyd edib. Həmçinin, Azərbaycana müxtəlif ölkələrdən turist səfərlərinin təşkil olunduğunu, hər bir seqment üzrə turizmin müxtəlif növlərinin inkişaf etdiyini bildirib. Azərbaycanın regional turizmin inkişafında da olduqca maraqlı olduğunu qeyd edən nazir, uzaq ölkələrdən səfər edən turistlər üçün Azərbaycan-Türkiyə-Gürcüstanı əhatə edən İpək Yolu turizm marşurtunun təklif olunduğunu vurğulayıb.

Daha sonra turizmdə kadr hazırlığından danışılıb və Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyəti haqqında ali qonağa məlumat verilib. Eyni zamanda qeyd olunub ki, bu universitet Avstriyanın nüfuzlu Krems Universiteti ilə əməkdaşlıq edir və Kremsin proqramı əsasında tədris həyata keçirilir.

Zurab Pololikaşvili Dünya Turizm Təşkilatının baş katibi kimi Azərbaycana ilk səfərinin 5-7 aprel tarixində ölkəmizdə keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” sərgisinə təsadüf etdiyindən məmnunluğunu ifadə edib.

Baş katib dünya turizmində Azərbaycana marağın artdığını bildirib. Həmçinin qeyd  olunub ki, Azərbaycan BMÜTT-da olduqca aktiv təmsil olunur və bu təşkilatın layihələrində yaxından iştirak edir. Eləcə də Zurab Pololikaşvili Azərbaycanda turizm infrastrukturunun inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlərin nəticəsi olaraq gələcəkdə Azərbaycana gələn turistlərin artacağından əminliyini ifadə edib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir